Təbiətin möcüzəsi - İquasu şəlaləsi
Elnur Əzizov tərəfindən "Digər yazılar" bolməsinə 19:00 18 noyabr 2014 tarixində əlavə olunmuşdur

İquasu şəlaləsi Cənubi Amerika qitəsində, Braziliya ilə Argentinanın sərhəddində, İquasu Milli Parkının ərazisində yerləşən, 1984 cü ildə UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmiş təbiət abidəsidir. “Iguazu” quarani dilində “I” - su və “guasu” - böyük deməkdir. Şəlalə ətrafı ərazilərinin yerli sakinləri quaranilər və kaynqanqlar sayılırlar. Şəlaləni ilk aşkar edən avropalı konkistador Kabesa de Vaka hesab edilir. O, 1541 ci ildə Eldorado ölkəsinin xəzinəsini axtarmaq məqsədilə Parana çayını cəngəlliklərin arası ilə üzü yuxarı üzərkən İquasu şəlaləsini aşkar etmiş və onu isp. Considerable - “əhəmiyyətli” adlandıraraq, “su qovucuqları suyun səthindən yüksəkliyə sıçrayır”. Şəlalənin ən böyük hissəsi “İblis boğazı” (isp. Garganta del Diablo) “U” formasında olub, eni 150 və uzunluğu isə 700 metrəyə çatır. Şəlalənin bu hissəsi Braziliya ilə Argentinanın sərhədlərini müəyyən edir.


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+18=
Hesaba giriş
Müəllif

Elnur Əzizov
Haqqında

Əlaqə
E-mail:
elnurazizov90@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0335 saniye