Təbriklər gülüm
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 00:02 23 noyabr 2014 tarixində əlavə olunmuşdur

Eşitdim evlənib ailə qurmusan, 
Əğyarın qəlbinə axıb, dolmusan. 
Sən indi özgəyə qismət olmusan, 
Çatmısan arzuna, təbriklər gülüm.

Bir məktub yazmısan mürəkkəb hicran, 
Demisən nə axtar, nə adımı an. 
Bəlkə də istədin kül olsun bu can? 
Çatmısan arzuna, təbriklər gülüm.

Şəkillər təsəllim olubdu indi, 
Həsrətin qəlbimə dolubdu indi, 
Qönçə xəyallarım solub du indi, 
Çatmısan arzuna, təbriklər gülüm.

Ruslanı qəlbindən nə tez çıxartdın? 
Qul edib özünə azmı yalvartdın? 
Köksündən ürəyin çəkib qopartdın-
Çatmısan arzuna, təbriklər gülüm.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+35=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
http://edebiyyatisigi.com da redaktor.ADAU-nun 4-cü kurs tələbəsi. Həvəskar şair. "Mingəçevir leysanı" jurnalının bölgə muxbiri və sədir müavini.
Əlaqə
Tel.:
0558425352
E-mail:
ruslanelekberli94@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0262 saniye