Təcnis
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 10:01 30 may 2014 tarixində əlavə olunmuşdur

                 Qanayar 

O yar məni tənha qoyub gedəndən,

Xəstə könlüm gecə-gündüz qanayar.

Bilirəm ki, günahım yox, heç nədən,

Salıb məni yaman dərdə, qana, yar.

 

Dedim, - eşqim bir çəməndir, gül üz, di...

Gedib bir yad baxçasından gül üzdü.

Niyə belə dönük olur gülüzlü?

Kaş bircə yol günahını qana, yar.

 

Ruslan, eşqin bütöv deyil, - yarıdı,

Bil ki, o qız indi özgə yarıdı...

Səndən  başqa kim sevdiysə yarıdı,

Söylə , qəlbim qan ağlayır, qan, a yar.


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+18=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
http://edebiyyatisigi.com da redaktor.ADAU-nun 4-cü kurs tələbəsi. Həvəskar şair. "Mingəçevir leysanı" jurnalının bölgə muxbiri və sədir müavini.
Əlaqə
Tel.:
0558425352
E-mail:
ruslanelekberli94@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.026 saniye