Təəssüf
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 14:48 05 iyun 2022 tarixində əlavə olunmuşdur

Səcdəsindən qafil olub baş qaldıran bədənin
Yaradanın dərgahında qiyamına təəssüf
Sənin eşqin hidayətə yetirməzsə məni, bil,
Qənim olar bu bəndənin hər anına təəssüf

Könlüm deyil, mənim əqlim hisslərimlə hərb edən
Nə var idi səndə, görən, məni belə cəlb edən?!
Sözlərimiz unudulur, unudulmur qəlb edən
İtirdiyim o fürsətin məqamına təəssüf

Yaxın ikən uzaq oldu görmədiyim əzizlər
Haqdan ayrı günlərimə kədərləndi bu gözlər
Duha vaxtı yanağımdan axıb getdi dənizlər
Qarışanda həsrətimin fəğanına təəssüf

Çilə çəkdim, uyumadım neçə gecə sayıb dan
Sənsizliyin möhnətiydi qəflətimdən ayıldan
Əgər bir gün dönər olsam yönəldiyim bu yoldan,
Səni mənə göndərənin məramına təəssüf

Lazım, bəxti yavər oldun, duyuldu tinində səs
Şahid idik, qan-tər içrə gəlib yetdin təngnəfəs
Saf eşqinin harayından qulağı çınlayan kəs
Yetməsəydi batininin kəlamına, təəssüf


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+24=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0255 saniye