Təkamülü qəbul etmək üçün ateist olmaq lazım deyilmi?
Elnur Əzizov tərəfindən "Elmi məqalə" bolməsinə 15:33 07 avqust 2014 tarixində əlavə olunmuşdur

1. Bu iddia açıq-aydın səhv olmasına baxmayaraq çaşdırıcı bir şəkildə çox sıx  təkrarlanır. Təkamül bir tanrıya ehtiyac duymaz, ancaq tanrının var olmadığını da söyləməz. Bu mənada digər elm sahələrindən fərqli deyil. Təkamül, biokimya, cütçülük, mühəndislik, təsisatçılıq, hüquq vs digər sahələrdən daha çox ateist bir düşüncə deyil.

   2. Bir çox təkamülçü ateist deyil. Əgər bu iddianı ciddi qəbul etsəniz, aşağıda verilən insanların da ateist olduqlarını qəbul etmək məcburiyyətindəsiniz. Bir neçə nümunə vermək lazım olsa:

   *  Sir Ronald Fisher - Təkamüllü düşüncə tarixinin ən tanınmış nəzəri bioloqudur. Sir Fisher İngiltərə Kilsəsinin üzvü olan bir xristiandır. Ayrıca bir mühafizəkardır.
   *  Papa John Paul II - İctimai mühafizəkardır.
   *  Pierre Teilhard da Chardin - Tanrının təkamülü istiqamətləndirdiyi fikirini öyrədən bir rahib və paleontoloqdur.
   *  ABŞ prezidenti Jimmy Carter - Dindar bir Cənub Baptist kilsəsi mənsubudur.

   3. 10.000-dən çox din adamı bu cümlələri də ehtiva edən bir bəyannaməni imzalamışdır:

   "Fərqli ənənə və məzhəblərdən gələn xristian din adamları olaraq, İncilin əbədi həqiqətinin müasir elmin kəşfləri ilə bir yerdə var ola biləcəyinə inanırıq. Bizlər möhkəm araşdırmalar qarşısında ayaqda qalmış olan və insanlığın sahib olduğu bir çox məlumat və müvəffəqiyyətin üstünə tikildiyi təkamül nəzəriyyəsinin təməl bir elmi gerçək olduğuna inanırıq. "(1)

   4. Ateizmdən narahat olan biri yaradılışçılıq fikirindən daha da çox narahat olmalıdır. Yaradılışçılıq iddialarının səhv olduğunu və yaradılışçı üsulların dürüst olmadığını fərq edən insanlar özlərini bir inanc böhranının eşiyində tapa bilərlər. Bu fərqindəlik bəzi insanların dini inanclarını tamamilə tərk etmələrinə; bəzilərinin də dini mətnləri fərqli şəkillərdə açıqlamalarına səbəb olmuşdur. (3)(5)

   5. Dini mövzuların yalnız tək bir açıqlanmış şəklini doğru və universal sayan yaradılışçılıq, açıqca digər aşıqlamaların səhv olduğunu söyləməkdir. Məsələn, gənc dünya yaradılışçıları kainatın 10 min ildən daha yaşlı olduğunu qəbul edən bütün dini aşıqlamaları; (4) dizayn tərəfdarları da da Tanrının təkamülü istiqamətləndirdiyi şəklindəki açıqlamanı rədd edərlər. (2) Tanrı haqqındakı düşüncələri bir yaradılışçıdan fərqli olan bir kimsəyə, yaradılışçılığın özü belə ateistcə gələ bilər.

Yaşıl Elm


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+27=
Hesaba giriş
Müəllif

Elnur Əzizov
Haqqında

Əlaqə
E-mail:
elnurazizov90@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0237 saniye