Təkəbbürün qurbanı
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 19:01 03 iyul 2015 tarixində əlavə olunmuşdur

Ətrafındakıları avam və ağılsız zənn edənlər necə bir bədbəxtliyə mübtəla olduqlarını fərq etməzlər.Belələrinin boyu uzansa da,şəxsiyyətləri hey qısır qalar.İnsanı təkəbbürlü olmağa sövq edən bir çox səbəblər var. Bunlardan ən önda olanı paxıllıq hissidir ki,bu vərdişdən qurtulmaq da,heç də,asan məsələ deyil. Digərlərinin uğurlarına hpddətlənən,hər fürsətdə,bu uğurları aşağılamağa cəhd edən,özünü dağda-özgəni dərədə görən,təəssüf ki,qaranlıq quyunun dibində olduğunu hiss etmir.Mən,mənəm,mənimdir deyənlər sonunda mənliksiz qaldıqlarının fərqində olar.Təkəbbürlük çarəsi olmayan bir illət,dəvası tapılmayan bir xəstəlikdir. Təkəbbürlük bədbəxtlik və rəzillikdir...

İki axmağın bir ağıllını dəli kimi qələmə verdiyi zamana tuş gəlmişik.Belə dövranda ayaqda qalmaq,şəxsiyyətə xələl gətirməmək böyük şücaətdir.Təşəxxüslüyün tüğyan etdiyi mühitdə biri digərini bəyənməz,hər kəs bir-birindən giley edər və özündən qeyrisinə önəm verməz. Sadalananları diqqətə aldıqda,o zaman,bu qənaətə varmaq olur ki,deməli,bəşəriyyət yaxşıların korluğunu çəkməkdədir.Bəzən ətrafımızda baş verən,bu cür neqativ hallar abstrakt mənzərəni xatırladır:Gözəl rənglər qarışıq boyaların içərisində itir.Önə çıxan eybəcər tablo pinti rəssamın israrı ilə sağlam cəmiyyətə sırınmağa çalışılır...

İddiaları ilə imkanları üs-üstə düşməyənlər hər zaman olanı deyil,olmayacaqları arzu edər.Belələri oturduqları yerdən özgələrinə dəyər biçmək istər.Fəqət,bu tiplərin hesaba almadıqları iki önəmli məqam var: Birincisi, bəyənilmədikləri halda yersiz seçim həvəsi. İkincisi, müştəbehliklərinin ucbatından düşük duruma düşmələrinin fərqində olmamaqları...

Təkəbbürlük özgəyə deyil,özünə vurulan zərbədir. Təkəbbür xasiyyətdə formalaşıb xislətə hopduqca,yalnız bədəni deyil,ruhuda şikəst edər. Günbəgün artan uğursuzluqlar acizliyin təməlini qoyar.Acizliyin üstünü örtmək üçün təkəbbürün arxasına sığınmaq çarə deyil.Belə durumlarda çıxış yolu havadan asılaraq qalmaqda yox,ayaqlarını torpağa bərk basmaqdadır.Təkəbbürlü həyat tərzinin sahibinə bəxş etdiyi tək bir şey var ki,o da,sonunda tənhalığa məhkumiyyətdir.Təkəbbürə bağlılıq tənhalığa sarılmağa bənzər.Geriyə qalan,ətraf mühitdən təcrid edilib misgin taleyinə boyun əyməkdir.Təkəbbür qurban alan tərəf deyil,qurban olan tərəfdir.Xoşbəxtlik-yersiz təkəbbürdən, faydasız lovğalıqdan,mənasız ədabazlıqdan uzaqda lövbər salan al yelkənli gəmidir.Allah hər kəsə,bu al yelkənli xoşbəxtlik gəmisinə yetişməyi nəsib etsin!


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+12=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.026 saniye