Təkliyin ahı...
NİKOLAY tərəfindən "Şeir" bolməsinə 16:49 25 avqust 2014 tarixində əlavə olunmuşdur

Hər kəsin həyatında bir şeylər əksik olur, həmişə

eynən,
bir əldə olan beş barmağın arası kimi...

 

Hansı ki, o əksiklik,
təkliklə cütlüyün birgə həsrətinin rəmzidir,
eynən,
sonsuzluğa məhkum olmuş  ümman kimi...

 

Mənə əzab verir, həmişə
iki gözlə səni sevmək cəhdim,

kaş, gözlərim çox olaydı.

Məni çox utandırır, həmişə 

hər gün,
sənsizliyin ahəngindən  yaranan səssizliyə,
diqqətlə,
qulaq asmaq adətim ... 

kaş, olmayaydı.

 

Bilirəm, ürəyim dözmür  artıq;
özüm bezdirmişəm ürəyimi 
ölənədək sevmək,
sadiq qalmaq hünərindən,
elə,
sən yoxsan deyə,
mən usanmışam, -  mənim kimi beləsindən...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+14=
Hesaba giriş
Müəllif

NİKOLAY
Haqqında
21 dekabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuşam.
Əlaqə
Tel.:
0557603821
E-mail:
nikbin.qasimli@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0361 saniye