Tələbə və müəllim münasibəti
Mədinə Amir tərəfindən "Ədəbi tənqid" bolməsinə 19:52 02 mart 2016 tarixində əlavə olunmuşdur

Şəxsi təcrübəmə əsaslanaraq...

Bizlər (istisnalar var) hələ də ibtidai sinif təsəvvüründən çıxa bilməmişik. Orta məktəbi bitirib parta arxasından digər parta arxasına keçib tələbə adını qazanırıq. Amma hələ də orta məktəb davranışlarından qurtula bilmirik. "X" adlı təhsil ocağında işlədiyim müddətdə tələbə müəllim münasibətləri məndə daha çox maraq oyatdı. Təzəlikcə magistratura təhsilimi başa vurmuşdum ki, 1 neçə aydan sonra müəllim olaraq fəaliyyətə başladım. İlk tələbələrimlə görüşdə özümü müəllim olaraq yox hələ də tələbə olaraq görürdüm... 

Sözümün mustafası müəllimlərin tələbələrə qarşı olan münasibətlərinədir. Ümumiyyətlə tələbələrin, şagirdlərin şəxsiyyət kimi formalaşmasında müəllimlərin rolu böyükdür. Amma çox vaxt onlar şəxsiyyət kimi formalaşdırılmır əksinə şəxsiyyətləri alçaldılır. Onlarla şəxs kimi yox uşaq kimi davranılır. "Ay uşaq düz otur", "Əhmədsən nəsən bir şillə vuraram..." və yaxudda üstlərinə qışqırılır, kinayəli, alçaldıcı sözlər yağdırılır. Bu cür davranış tələbədə müəllimə qarşı qəzəb və kin yaradır. Artıq  tələbədə müəllimə qarşı yeni münasibət yaranır. Üstünə qışqırılan şəxs yoldaşları içərsində kiçildililir, şəxsiyyəti alçaldılır. Gələcəyimiz üçün şəxsiyyətlər yetişdirməliyik və buna görə də tələbə müəllim münasibətlərini qaydaya salmaq məncə ən başlıca məsələdir. Atalar sözü varki "Nə tökərsən aşına o da çıxar qaşığına". Çünki şüuraltı olaraq insanın beynində qalacaq və gələcəkdə başqasına tətbiq ediləcək.

Müəllim adını müqəddəs ad olaraq bilir və qəbul edirəm. Bu adı hər bir müəllim layiqli və vicdanlı daşımalıdır. 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+14=
Hesaba giriş
Müəllif

Mədinə Amir
Haqqında
2009-2015-ci illərdə AzMİU-da bakalavr və magistr təhsili alıb, mühəndisdir. Hal-hazırda ixtisas üzrə müəllim işləyir. 2018-ci ilin mart ayından MAKA-da doktorant olaraq təhsilini davam etdirir. Kumiri- Aqata Kristi. Əlavə məşğuliyyəti-həvəskar rəssam.
Əlaqə
E-mail:
madina.muxtarova.1992@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0317 saniye