Tələsmə
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 19:37 18 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Çox tələsmə dağılmağa
dur, dağılma, dünyam hələ.
Nə yatmışam doyam da mən,
şipşirindi röyam hələ. 

Biz pozmuşuq düzənini,
bizim böyük səhvimizdir.
Qarışıbdı yer də, göy də
bu da bizim məhvimizdir. 

Qurduğumuz hər bir oyun
başımızın bəlasıdır.
Bəşər elə özü deyib,
yaxşıyla pis qalasıdır. 

Neçə illər yola salıb,
yorulubdur dünya, bəşər.
Ömürlük müxalif olmuş
var olandan xeyir və şər.


... dəfə oxunub
Qiymət: 9/10(998 səs)
[qiymət ver ]
Şərh yaz
9+9=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0361 saniye