Televiziya və internetin gənclərə təsiri
Gülzarə Hüseynova tərəfindən "Digər yazılar" bolməsinə 13:42 12 mart 2016 tarixində əlavə olunmuşdur

Gündəlik həyatımızın bir hissəsi olan televiziya və internet qarşısında gününü başa vuran uşaqlarda kökəlmə və fikir dağınıqlığı halları baş verir. 

televiziya təlim tərbiyə xüsusiyyətini getdikcə itirir. Təxminən on il əvvələ qədər televiziyada elmi verilişlər, hətta sosiallaşmanı öyrədən proqramlar vardı. bütün dünyada rəsmi televiziya kanalları bu imkanı təmin edirdi. Ancaq yeni nəsillər o proqramları görmədi. Uşaqlar artıq səhərdən axşama qədər, bəlkə də, heç aidiyyəti olmayan o qədər kanala baxır ki, ekran qabağında beyinləri və vücudları keyiyir, passivləşir. 

Gənclər indi küçələrə tökülməyə meyillidir. Bəzi təxribatçılar onların enerjisindən toplumda qarışıqlıq salmaq üçün istifadə edir. televiziya kanalları bu oyunlara alət olmamalıdır. 

Herald Tribunedə yayımlanan məlumata görə saatlarla ekran və bilgisayar qarşısında oturan gənclər kökəlmə, oxumanı yadırğamaq və fikir dağınıqlığı kimi bir çox problemlərlə üzləşir. Bu problem bütün dünyada getdikcə böyüyür. Amerika gənclərinin gündə dörd saatı televiziyaya sərf olunur. Araşdırmalara görə, bu ölkədə 8-16 yaş arası gənclərin 60 faizinin öz otağında ayrıca televizoru var. Bunun uşaqlara təsiri danılmaz faktdır. İşin mənfi tərəfi odur ki, ekran qarşısında olan vaxtlar hərəkətsiz keçir. Bir də satılan hazır (qeyri-təbii) qida məhsullarının qəbulu nəticəsində xəstə bir nəsil ortaya çıxır. Dr. Vilyam Ditz gənclərin jöj olmasını normal qarşılayır. Uşaq-yeniyetmə psixiatrı Əhməd Çelikaslan da uşaqların köklüyünə televiziya və bilgisayar qarşısında vaxt keçirməyini göstərir. Tədqiqatlara görə, həftədə 10 saatdan çox televizora baxanlar daha az baxanlarla müqayisədə kitab oxumağa çətinlik çəkirlər. Televizora çox baxanlar arasında fikir dağınıqlığı daha çox 7 yaşlı uşaqlarda müşahidə olunur. Həkim-nevroloqların fikrincə, gündə 2 saatdan artıq televizora baxan uşaqların beynində ciddi xəsarət meydana gəlir. Dəhşətli filmlərə baxanların hərəkətlərində aqressivlik nəzərə çarpır. San-Dieqodakı Uşaq Sağlamlıq Mərkəzində aparılan bir araşdırmaya görə, gündə 5 saatdan artıq televizora baxan 10-15 yaş arası uşaqların sonradan siqaret çəkmə ehtimalı, həmin yaşda olan və gendə iki saat ekrana baxanlardan 6 dəfə çoxdur. Dr. Çelikaslan bunu bir çox zərərli vərdişlərin bir-birini izləməsində görür. 


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+25=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0251 saniye