Televizor
Əfqan Nəsirli tərəfindən "Hekayə" bolməsinə 17:24 15 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Moruqlu kəndi çox ucqar bir məkanda yerləşdi­yin­dən ölkə­də baş verən elmi-texniki tərəqqi bu yerlərə çox gec gəlib çatırdı. 

Baxmayaraq ki, te­­le­­­­vi­­zo­run yayımlanmasından beş-altı il ötmüşdü, hələ də Moruqlu kəndində bir-iki ailədən başqa bu yeni ixtiradan istifa­də edən yox idi. Bu həm də maddi imkanla bağ­lıydı. Yaşlı adam­lar televizor almaq istəmirdi ki, uşaqlar işləmə­yə­cək, bütün gün oturub televizo­ra baxacaq. Orta nə­slin isə o qədər imkanı yox idi ki, televizor alsın.

Murad kişi uşağına məktəbdə rübü əlaçı qurtaracağı təqdirdə televizor alacağına söz vermişdi. Bir qədər imkanı olduğundan sözünə düz çıxıb televizor aldı. Həmin gün evdə hamı sevindi. Uşaqlar həyətdən qaçıb televizorun başına yığışdı. Hamı maraqla karton qutuda olan televizora baxır, oradan nə çıxacağını maraqla gözləyirdi. Uşaqlardan kimsə əlini uzadıb qutuya toxunmaq istədikdə Murad kişi tez onun üstünə qışqırdı:

- Ay uşaq, əlini çək, xarab edərsən.

Sonra özü qutunu açdı və televizoru qutudan çı­xar­dı. Stolun üstündə televizorun yerini rahatla­yıb kabelini qoşdu. Televizoru yandırıb gözlədi. Tə­zə olmasına baxmayaraq televizorun yalnız ek­ra­nı ağardı. Onu mağazada yoxlayıb almışdı. Dü­şün­dü ki, yəqin onu aldadıblar. Nə etmək lazım ol­du­ğu­­nu bilmədiyindən yenidən televizoru sön­dür­dü. Uşaq­lara bərk-bərk televizora toxunmamağı tapşı­rıb, usta Tahirin evi­nə yollandı. Usta Tahir ucaboy, enlikürək, orta yaşlı ya­ra­­şıq­sız bir kişi idi. Saçının ön hissəsi sonradan tökülmüşdü. Rayon mərkəzində televizor ustası işləyirdi. Bazar günü olduğundan evdə idi. Murad kişi ilə zarafatı da vardı. Gəlişinin səbəbini bildirən Murad kişiyə məsləhət verməli oldu:

- Bu gün evdə işim çoxdu. Ola bilməz ki, təzə televizor işləməsin. Sən ona antena qoşdunmu?

- Xeyr - deyə Veysəl kişi başını qaşıdı.

- Onda sənin işin mənlik deyil, bu işi sənin dostun usta Tələt bacarır. Ona get de, damın üstə çıxıb ante­nanı qoşsun. Məndə hazırı var. Sonra vaxtım olan­da bir qonaqlıq verərsən,- deyən usta Tahir indidən işini ehtiyatlı tutdu.
Murad kişi dedi:

-Ayıb deyil, sən məni qonaqlıqlamı qorxudursan?

Sonra usta Tahir hazır antenanı gətirib Murad kişiyə verdi və televizora necə qoşulacağını təkrar-təkrar izah etdi. Hər şeyi yerli-yataqlı başa düşən Murad antenanı götürüb evə gəldi. Bildi ki, usta Tə­lət də yemək-içməksiz bu işi düzəldən deyil. Ona görə də evdə tapşırdı ki, beçələrdən birini kəsib kartofla yaxşı qızartsınlar, bir azdan gələcək.

Özü isə usta Tələtin evinə yollandı. Usta Tələt bə­dən­cə dolu olsa da, bəstəboy olduğundan xeyli kök gör­sənirdi. Kənddə evlərin damını çatır, taxta iş­lə­rini görürdü. Murad kişi ilə çox möhkəm zarafatları vardı...

... Bir dəfə heyvan növbədən qayıdanda usta Tə­lə­tin bir çəpişi təsadüfən Murad kişinin evinə getmişdi. Veysəl kişi uşaqlarından öyrəndi ki, bu çəpiş usta Tələtindir. Onu tez kəsdi və bir budunu da oğlundan usta Tələtə göndərdi. Uşağa tapşırdı:

- Tələt əminə deyərsən ki, atam dedi bunu öz malı kimi yesin.Özü də üç dəfə təkrar deyərsən.

Bu hadisədən bir neçə həftə keçmişdi. Bir gecə saat 12 radələrində Usta Tələt yolunu Murad kişinin evin­dən saldı. Bir qədər içdiyindən kefi kök idi. Mu­rad kişi yatmasa da artıq yerinə uzanmışdı. O, yataqdan qalxmadan usta Tələtlə bir qədər zarafat etdi. Sonda usta Tələt əl çəkmədi ki, bu saat ona bir beçə kəsəsiən, yoxsa gedib bütün toyuqları özü kəsəcək. Muradl kişi onu daha da qızışdırmaq üçün:
-Ayə, səndə o bacarıq hardan, hünərin var dur kəs - deyir.

Çox söhbətdən sonra Usta Tələt yıxıla-dura ayağa qal­xır və tövləyə tərəf gedir. Murad kişi onun tövlə qa­pısından içəri girdiyini görən kimi tez gəlib qapını çöl­dən bağlayır. Bunu başa düşən Usta Tələt tövlə­dən çıxmaq istəyir. Lakin qapı bağlı olduğundan çı­ğır­­­mağa başlayır. Qışqırmağının heç bir xeyri ol­­­ma­­dığını görüb, hirsindən başlayır bir-bir toyuq­la­rı tutub kəsməyə. Sonra isə heyvanların axurunda yı­xılıb yatır.

Səhər usta Tələt getdikdən sonra tövlədə 22 toyu­ğun leşi və toyuqları kəsdiyi xüsusi düzəldilmiş cib bıçağı qalır...

...Usta Tələt evdə idi. Pəncərə düzəldirdi. Murad kişini görən kimi işini yarımçıq qoyub, onu çaya dəvət etdi. Lakin Murad kişi gəlişinin səbəbini izah edib tələsdiyini bildirdi:

- Uşaqlar evdə həsrətlə gözləyir. Gərək bu gün te­le­vizoru qoşaq.

Bu sözdən sonra usta Tələt evə keçib paltarını də­yiş­di və Murad kişi ilə birgə evindən çıxdı. Yol boyu Mu­­rad kişi ilə zarafat edən Usta Tə­lət məsələ­nin nə­dən ibarət oldğunu tam aydınlığı ilə başa düşdü. Bir müd­­dət öz-özünə güldü. Evə çatanda isə özünü o ye­rə qoymayıb, ev yiyəsi kimi hərəkət etdi. Qapıdan içə­­­ri daxil olan kimi salamsız-kalamsız uca səslə qışqırdı:

- Ayə, Allahsız uşağı, gətirin görüm yeməyə nəyiniz var? - deyə qolunu çirməyib stolun başına keçdi. Onun bu hərəkəti Murad kişinin pisinə gəldi. O, Usta Tələtin bu hərəkətini cavabsız qoymamağı düşündü. Özlüyündə hirslənsə də bunu biruzə vermədi. Usta Tələtin hərəkətlərinə məhəl qoymadan həyətə düşüb əllərini yuyaraq evə döndü. Bu vaxta qədər bayaqdan hazırlanmış yemək və araq stolun üstünə qoyulmuşdu. Murad kişi içəri daxil olanda Usta Tələt arağı açaraq özünün stəkanını doldurmuş, süfrədə olan kartofla qızardılmış toyuğun bu­dun­dan bir dişləm alıb öz boşqabına qoymuşdu. Bu halı görən Murad kişi özünü saxlaya bilməyib əlini silə-silə:

- Ay Allah evini yıxsın, ay görməmiş oğlu, bu ye­mək də sənin üçündür, bu araq da. Ancaq əvvəl dur bu televizoru işlədək. Ömründə bir yenilik olsun. Televizora baxa-baxa yeməkdən ye­yək, araqdan vu­raq, - deyə Usta Tələti qınadı.

Murad kişinin söylədikləri ustanın ağlına batdı. Bir tərəfdən də o, hələ indiyə qədər Murad kişinin de­diyi kimi, ömründə yeyib içə-içə televizora baxmamışdı. Bu həvəs onu yeməyini yarımçıq qoymağa vadar etdi. O, əllərinin yağını silərək ayağa durdu. Ba­yıra çıxıb Murad kişinin gətirdiyi antenanı və la­zımi alətləri götürüb nərdivanla evin damına çıxdı. Elə təzəcə işə başlayırdı ki, Murad kişi nərdivanı götürdü. Usta Tələt səbəbini soruşdu. Murad kişi:

- İndi bilərsən - deyib evə keçdi və bö­yük oğlu ilə birlikdə yemək düzülmüş stolu hə­yə­tə çı­xartdı. Stolu elə yerə qoydu ki, damın üstün­dən Usta Tələt onu ay­dın görsün. Usta Tələt isə hələ də nə baş verdiyini an­lamır, dəli kimi tez-tez qışqırır, da­ha bir nəfərin kö­mə­yinin lazım olduğunu söy­lə­yir­di. Murad kişi stol­da oturub yeməyə baş­layanda Usta Tələt tələyə düş­­düyünü anladı. Hərdən qışqı­rıb, bağırsa da Mu­rad kişi bunu qulaqardına vururdu. Hətta araq stə­ka­nı­nı doldurub onun şərəfinə sağlıq da deyirdi. Bütün bun­lar Usta Tələti daha da əsəbiləşdirirdi. Lakin nə etmək olardı? Damdan aşağı düşmək mümkün deyil­di. Əlac Murad kişinin insafa gəlmə­sini gözləməyə qalırdı. Murad kişi isə yeməyi ye­yib, arağı içəndən sonra evdə tapşırıq verdi ki, mən gələnə qədər heç kim nərdivanı dama qoymasın. Sonra o, evdən çıxıb getdi. Damın üstündə qalan Usta Tələt öz-özünə gah söylənir, hərdən dodaqaltı mızıldanır, arabir Mu­rad kişinin qarasınca danışır, bəzən də özünü qı­na­yır­dı.

Çayxanaya gələn Murad kişi ona lazım olan adam­ların burada olduğunu görüb, salam-kəlamdan sonra onlara meymun tutduğunu bildirdi. Onun bu söz­lərinə əvvəlcə heç kim inanmadı. Bundan istifadə edən Murad kişi:

- Kim inanmırsa, onunla bir yeyib-içməkdən mərc gələ bilərəm, - deyib söhbəti eşidənlərin ha­mı­sını inandırmaq istədi. Marağını gizlədə bil­mə­yən Xalıq­verdi kişi tez dilləndi:

- Oğul, gör neçə yaşım var, nəinki bu kənd­­də, heç bizim rayonda meymun olduğunu eşitməmişəm. Sən indi bizi əfəlmi, yoxsa səbatsızmı hesab edirsən?

- Onda mərc gələk, durun gedək öz gözlərinizlə görün, - deyən Murad kişi daha ciddi görkəm aldı. Onun bu sözlərindən sonra artıq heç kimdə şübhə yeri qalmadı. Hövsələsini basa bilməyən Malik:

- Əşşi, bir yemək nə böyük şeydir ki, bundan ötrü ürəyimizi üzürsən. Gedək baxaq, əgər doğru desən, qonaqlığın məndən, - deyərək məsələyə tez aydınlıq gətirilməsi üçün çayxanada olanların hamısının Murad kişinin evinə getməsini istədi. Yol boyu hamı müxtəlif suallar verir, marağını gizlədə bilmirdi. Dəstəylə gələn insanlar Murad kişinin evinə yaxınlaşanda damın üstündən Usta Tələtin səsinin gəldi­yi­ni eşitdilər. Malik özünü saxlaya bilməyib:

- Bu ki, Usta Tələtdir, - deyə təəccübləndi.

Nərdivanı qoyub Usta Tələti damdan endirdilər. Hamını gülmək tutmuşdu. Özünü sındırmayan Usta Tələt hamının eşidəcəyi bir səslə deyirdi:

- Ayə, mənə deyən gərək, ay köpəyoğlu, baban televizora baxa-baxa yeyib-içib, yoxsa atan? Qaba­ğın­da hazır yeməyini ye, arağını da iç, sənə televizor lazımdır?

Sonu


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+14=
Hesaba giriş
Müəllif

Əfqan Nəsirli
Əlaqə
Tel.:
+994519966173
E-mail:
afgan73@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0272 saniye