Təmsildəki kimi
Cavidan Hacıyev tərəfindən "Şeir" bolməsinə 10:52 04 yanvar 2018 tarixində əlavə olunmuşdur

Təmsildəki kimi

Bantını saçlarına bağlayıb bu balaca
Tez-tələsik gedirdi məktəbə qaça-qaça.
Güzgününsə önündə bir balaca yubanır,
Yenə bantına baxır, saçını tumarlayır.
Fevralda alınıbdır - ad günü hədiyyəsi,
Üstündə də vurulub "balıqlar" işarəsi.
Anası gülüb dedi: " Get, dərsə gec qalmamış,
Evə də geri gəlmə dərsindən "beş" almamış."
Alaraq çantasını o qızcığaz belinə,
Qaça-qaça yollandı öz doğma məktəbinə.
Qaçaraq bərk tuturdu qızcığaz çantasını,
Ağ lentsə bəzəyirdi onun qara saçını...
...Əlində dərman ilə girərək palataya
Həmşirə söyləyirdi "oyan" kiçik Sonaya

 

Cavidan Hacıyev


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+3=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.021 saniye