Tənha illərim....
Sənsiz keçən günlərimin sayı yoxdur,ey mənim ilk məhəbbətim!Hər keçən bir günüm aya döndü,illərə bərabər oldu aylar.Ürəyim hər zaman səni haraylar.Sənsizlik məni həmişə sənli günlərə aparır.Xəyalımda səninləyəm,yuxumda səni görürəm,gözlərimi açıram....Sən yoxsan....Haradasan,ey mənim ilk məhəbbətim?Sənsiz keçən günlərimi bir yerə cəm elədim,ad qoydum bu günlərimə:sənsiz günlərim,tənha illərim.
Budur,səninlə son görüşdən artıq bir neçə il ötür.Bu müddətdə hər şey dəyişib.Sən başqasını sevmisən...ana olmusan...Mən isə...Mən heç kimə baxa bilməmişəm,sənə baxdığım kimi,heç kimi sevməmişəm səni sevdiyim kimi,çünki ürəyimdə tək sənin adın həkkolunub.Tənhayam...Ancaq bu tənhalıq bezdirmir,sıxmır məni,çünki sənli günlərimin əziz xatirələri tənha illərimin,sənsiz günlərimin yeganə təsəllisidir,gülüm.
Hərdən arzularımın həyata keçmədiyini düşünəndə,səni itirdiyimi fikirləşəndə az qala dəli oluram.səni itirmək mənim üçün həyatımı itirmək,bu dünya ilə vidalaşmaq deməkdir.Ancaq mən yaşayıram,yalnız sənin xatirinə,səni sevdiyim üçün...Nə etməli,tale belə gətirdi.Biz ayrıldıq əbədi,həmişə xəyallarda,arzularda qovuşmaq üçün....
10.01.1984 / Sumqayıt-Quba
Mövlud Ağamməd