Tənha Qadın
Aqil Yaşaroğlu tərəfindən "Şeir" bolməsinə 17:56 19 dekabr 2016 tarixində əlavə olunmuşdur

Tənha qadın.

Böyük şəhər, tənha qadın.
Hami sənə qibtə edər,
Səni güclü, xoşbəxt bilər.
Kimsə bilməz nə çəkirsən,
Nə yeyirsən, nə içirsən.
Gözlər sənə dikilər,
Sözlər sənə deyilər,
Həyatın haqsızlığı
Yalnız sənə edilər.
Danışarlar bilmədən,
Yozarlar eşitmədən,
Qınayarlar, sayarlar
Sənin addımlarını.
Kimsə bilməz içini,
Kədərini, dərdini,
Böyük şəhər, tənha qadın
Namus,qeyrətdir adın.
Dik dur, başın ucalsın
Hörmətlidir adın sanın.
Sən qadınsan, anasan 
Cənnətdir sənin adın.
Səni bu günə qoyan
Hisslərinlə oynayan,
Şərəfi, ləyaqəti, hissiyyatı olmayan,
O şərəfsiz utansın!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+23=
Hesaba giriş
Müəllif

Aqil Yaşaroğlu
Əlaqə
E-mail:
yazici.a@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0311 saniye