
TƏNHA QALDIM,XƏYALINLA....
Uzun...uzun yoldu ömrün,
Möhnət ilə doldu ömrün.
Bir gül idi, soldu ömrün,
Tənha qaldım,xəyalınla.
***
Dərdin mənə gəlincədir,
Göz yaşımı silincədir.
Həyat mənə ölüncədir,
Tənha qaldım,xəyalınla.
***
Mövlud dözməz bu hicrana,
Bağrım olar şana-şana.
Qoydun məni yana-yana,
Tənha qaldım,xəyalınla.
27.09.2014.Zərdabi.Mövlud Ağamməd.