tənhalıq
Sən An tərəfindən "Şeir" bolməsinə 01:44 12 avqust 2014 tarixində əlavə olunmuşdur

gecənin sükutu,
pəncərədə külək səsi,
divarda saat vurur.

sinəmdə ürək döyünür,
qarışıb səslər bir-birinə,
birində zaman çox sərindir,
o birində zaman qaçır məndən,
sinəmdəki zaman amma vurur,
elə hey bərkdən.

pozur sükutu,
məni oyatmaq istəyir,
oyanmıram,yatıram,
zamanı zamansızlığa qatıram.

ay gəlir bu an qonaq çarpayıma,
qucaqlaşıb onunla,
sevgidən danışıram.

dörd,beş saat belecə keçir.
elə ki günəş doğdu,
ay məni tərk edib gedir.

qalıram günəşlə baş-başa,
o da ki,məni sevmir,
isitmir,tərlətmir.

yumruq atıram səhərin ənginə
bürünürəm gecənin qaranlıq rənginə.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+37=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0318 saniye