Tənhalıqdan yazacağam...
Əvvəlcə bir yerdə əyləşdiyimiz skamyaya baxacağam
Sonra qurduğumuz o xəyallar düşəcək yadıma
Elə hey kədərlə anacağam.
Dumanlı havada düşüncələrimin arasında itəcəyəm,
Axtaracam səni orda
Tapmayacam.
Sonra əllərim əsəcək.
Nədəndir bu?Qorxudanmı?
Səni axtarıb da tapmamaq qorxusu?
Yoxsa səni axtararkən özümü itirmək qorxusu?
Fikirlərim çox uzağa aparacaq məni məndən
Xəyallarım dalğalara,ləpələrə qarışacaq,
Sonra tufan qopacaqdır,batacağdır düşüncələrin qayığı
Yelkenini külək cıracaq,uçuracaq,bəlkə sahilə atacaq.
Susacağam
Lal olaram danışmaram
Heç bir sözə qarışmaram.
İzn verməm bu sükutu kimsə poza,
Bu sükutda çünki səni gizlətmişəm,
Mən özümü tənhalığa öyrətmişəm...