Tənqidimizin tənqidi
Fərid Nietzsche tərəfindən "Digər yazılar" bolməsinə 19:05 07 avqust 2014 tarixində əlavə olunmuşdur

Son zamanlar müşahidələrim göstərdi ki, bugünkü gəncliyimiz ve orta nəsil nümayəndələri arasında tənqid,sorqulama qabiliyyəti sürətlə inkişaf edir. Oxuduğum hər statusda kimlərsə tənqid olunur,kimlərinsə hərəkət və qərarlarə pislənir. Əslində buna “qabiliyyətin inkişafı” yox, “prosesin intensivləşməsi” desək daha doğru olar. Çünki hələ ki tənqid etmə artsa da, bəzi istisnaları çıxmaq şərti ilə, bu movzuda keyfiyyət dərəcəsi artmayıb. Ümumiləşdirsək, öz yazılarım da daxil olmaqla, bizim tənqid prizmamizin 4 fərqləndirici xüsusiyyəti var( Bu sıranı bir az da uzatmaq olar,amma mən xususiyyətləri əsas başlıqlar altında toplamağı daha məqsədəuyğun hesab etdim.):

 

1) Məqsədsizlik(çatilacaq nəticənin qeyri-müəyyənliyi):

 – Bu xüsusiyyət özünü daha çox sosial şəbəkələrdə qısa mətnli yazılarda özünü göstərir. Hər hansı fikir paylaşımının öncədən sezilən bir nəticəsi olur. Hansi ki, yazarın məqsədinə görə müəyyənləşir. Tənqidi yazılarda,adətən,məqsəd oxuyucuların toxunulan mövzudakı “yanlış”(yazara görə yanlış) düşüncəsini dəyişmək, onlara yön vermək olur. Və ya hər hansı şəxs,qurum,hadisənin “qara piar”ını təşkil etmək. Rastlaşdığım əksər yazıların isə məqsədini aydınlaşdırmaq olmur. Sadəcə tənqid edilir. Yazar hansı səbəbə etdiyini bilmir,bununla hansı nəticəyə varacağını,hansı oxucu kütləsinə xitab etdiyini, əks-arqumentlərə necə aydınlıq gətirəcəyini, yazısının məqsədini oxuyucunun necə anlayacağını və s. öncədən düşünmür. Bu xususiyyətləri məqalə yazılarına adi etmək düzgün olmazdı. Əksər hallar pəşakar yazarlar tərəfindən yazıldığından,belə olmur. Həm də, sosial şəbəkələrdəki ötəri yazılardan belə diqqətlilik gözləmək də haqsızlıq olardı.

 

2) Aqresiyyanın çoxluğu:

 – Bu nüansı əksər yazılara aid etmək olar. Öz yazılarımda da özünü çox göstərən bu xüsusiyyət oxuyucunu yoran, onun yazıdakı fikirlərə konsantrasiya olmasına əngəl törədən ən böyük etkinlərdəndir. Daha çox həssas mövzularda aqressiya üzə çıxır. Belə məqamlarda hislərin idarə olunması vacib məsələdir. Aqresiyyanın çox olduğu yazılar həm hədəf kütlənin,həm də ortaqfikirli kütlənin yazıdakı fikrə münasibətinə mənfi təsir edə bilər. Oxuyucunu fikrə konsantırasiya olmasına maneə olar, önyarqılı davranmasına, əsas fikirdən uzaqlaşmasına səbəb olar. Amma bu da faktdlr ki, sərhədli aqresiyyanın yazının “vurucu”luğu artırmasında böyül rolu olur. Yazının məqsədindən asılı olaraq,yüngül,sərhədli aqressiya sezdirmək məqsədəuyğun hesab oluna bilər.

 

3) Həll yoluna çox az toxunulması:

 – Ən başlıca problemlərdəndir. Bu bir növ tənqidi yazıların özəyinə çevrilib. Tənqid edilir,yanlışlar göstərilir, hədəf kütlə “vurulur”, amma məsələdəki yanlışların aradan qaldırılması yollarına çox az toxunulur. Yazının,məqalənin,düşüncənin pratik yararı da,məhz onun yol açdığı dəyişikliklər, problemlərin həll yoluna gətirdiyi yeniliklərlər ölçülür. Bizdə isə hər kəs tənqidi edir, yanlışları göstərir,amma həll yolunu,düzgün yanaşmanı başqalarına buraxır. Nəticədə dəyişən bir şey olmur. Bu prizmadan yanaşsaq, sadəcə yalnızca tənqid etmək praktiki olaraq bir nəticə əldə etməyə gətirib çıxarmayacaqdır.Boş tənqid sadəcə cüzi bir kütlənin vəziyyətin ciddiliyini anlamasına yardım edə bilər. Amma proses yenə də davamiyyətə, həll yollarının araşdırılmasına ehtiyac duyacaqdır.  Tənqidi mütləq məsləhət(düzgün yol) və hərəkət(icra) izləməlidir. Bu kompleks olduqda yazar öz “vəzifəsinin” icrasını başa çatdırmış olar. Bizim tənqid anlayışımzda yoluna qoyulması gərəkən ən vacib xüsusiyyətdir bu.

 

4) İfadə şəklinin düzgün secilməməsi:

 – …..“Nə dediyin yox,necə dediyin önəmlidir"..Bura aqressiya, qeyri-konsturiktiv yanaşma, EGO-nun təsiri ilə fikir ifadəsi(yanlız mən doğruyam), müzakirəyə açıq fikirlərin azlığı, digər tərəfin fikirlərinə hörmətsizlik və s. aid ola bilər. Əsas məsələ bir qədər “Karnegi” tipli yanaşma ilə, digər tərəfə fikri düzgün çatdırmaqdır. Yəni, yazıda məqdəd ağıl,savad nümayişi, qarşı tərəfi utandırma,fikirlərinin əsassız olduğunu göstərmək yox, qarşı tərəfin fikirləri dürüst anlaması, öz-özlüyündə sorqulaması, mövzunu yeni baxış açısı ilə bir daha gözdən keçirməsi olmalıdır. Fikir kimlərəsə çatdırılmırsa, onun bir önəmi yoxdur. Fikrin çatdırılmasında da onun necə deyildiyi önəmlidir. Xoş, hərtərəfli təhlil, hər iki qarşı tərəfi nəzərə alaraq yazmaq, əksər halları qeyd etmək, “Bu sənin yolundur. O yol mənim. Düzgün yol mövcud deyildir” fikrinə əsaslanara yazmaq daha məqsədə uyğun olar. Yalnız bu yolla hər “tərəfin” inkişafı mümkün ola bilər. Hər yanaşma tərzinin nümayəndələri rahat fikir bildirə, fikir mübadiləsində ola bilər. Əks qütblərin mövcudluğu,sağlam fikir mübadiləsi onların özlərinin mövcudluğu üçün əsas şərtdir.

 

Yazdıqlarım tənqiddən daha çox,tamamilə şəxsi müşahidələrim,bu məsələyə şəxsi yanaşmamı əks etdirir. Heç bir müəllif,kitabdan yararlanmadığı üçün yanlış,bəsit düşüncələrə yer verilmiş ola bilər :)Sadəcə bölüşmək istədim,yeni şeylər öyrənmək,öyrənməyə yardım etmək ümidi ilə :)


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+24=
Hesaba giriş
Müəllif

Fərid Nietzsche
Haqqında

Əlaqə
E-mail:
rustemzade_farid@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0382 saniye