TƏQVİMDƏ İLK GÜN – 20 YANVAR
Mushfiq Shukurlu tərəfindən "" bolməsinə 17:07 20 yanvar 2013 tarixində əlavə olunmuşdur

            Qalibiyyət və faciəmizdən 23 qədəm uzaqlaşırıq. Yaxınlığı göstərən tək məfhum isə 23 il əvvəlki hüzünlü hadisələrin hərarəti ilə isinən qəlbimizdir. Kamançanın səsinə etinasız yanaşmayı bacarmayan, keçmişə cəsarətlə baxan xalqın ürəyi...20 Yanvar metrosunda eşitdiyim kamançanın səsini, gördüyüm üzləri, qərənfillərin ətrafına yığılan qayğılı ürəkləri izlədikcə uzaq olmayan bir keçmişin hekayəsini eşitmək çətin olmur. İlə yanvarla başladıq.. Müstəqilliyə başladığımız kimi. Bu günün həqiqətini dərk eləmək sonu olmayan addımların şərhini vermək qədər çətindir. Çünki bu gün nə matəmdir, nə də bayram. Bu gün başlanğıcdır.

              Bu gün insanların evlərinə, namuslarına hücum çəkildiyi gündür. Bu gün əli silahsız xalqın namusları üçün tökülən qanlara göz yumduqları gündür.. Və əbədi rahatlığın dadını tamdıqları gün. Bu gün cəənnət qoxusunun kainata yayıldığı gündür. Gələcək bəlalardan xəbər verəcək gün. Xocalıya, Laçına, Kəlbəcərə səsi yetdiyi qədər bağıran gün. Bu gün səadətin bəlalardan keçdiyini qəlblərə möhürləyən gündür. Bu gün yaraların qaysaq bağlamadığını qara qanı ilə düşmənə göstərən xalqın günüdür.

              Bu gün milad təqvimində ilin iyirminci günü, Azərbaycan təqvimində isə birinci günüdür.


... dəfə oxunub
Qiymət: 7/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
2+34=
Hesaba giriş
Müəllif

Mushfiq Shukurlu
Haqqında
1994 təvəllüdəm. Jurnalistika fakültəsində oxuyuram.
Əlaqə
E-mail:
mshukurlu@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0229 saniye