Tərcümə olunmayan sözlər
Nigar Şahsuvarova tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 22:43 18 noyabr 2015 tarixində əlavə olunmuşdur

Hər dilin özünəməxsus, aid olduğu xalqın mədəniyyətinə, yaşam tərzinə xas xüsusi sözləri olur ki, digər dillərə bir sözlə tərcüməsi mümkün olmur. Belə sözlər ifadə etdiyi məna və lakonikliyinin cazibəsi ilə çoxumuza maraqlıdı. İşlərindəki xırdalıqlara olduqca önəm verən və hər illustrasiyasına daha yaxından baxmağa məcbur edən İngilis illustrator Mariya Tiurina da bu cazibəyə düşənlərdəndir. Belə ki, «Untranslatable words» proyekti çərçivəsində belə sözləri illustrasiyalarda canlandırıb.

Schadenfreude (almanca) — Başqalarının bədbəxliklərini görməkdən doğan məmnuniyyət.

Baku-shan (yaponca) - Gözəl qız, ancaq arxadan baxdığınızda.

Duende (ispanca) — Bir sənət əsərinin insana dərindən təsir etmə gücü.

Pålegg (norveçcə) — Bir dilim çörəyin üstünə yerləşə biləcək hər şey.

Torschlusspanik (almanca) — «Bağlanan qapı qorxusu» və ya, yaş ötdükcə əldən çıxan fürsətlərə duyulan qorxu.

Kyoikumama (yaponca) — Övladına dərslərində uğurlu olması üçün amansızca yüklənən ana.

Age-Otori (yaponca) — Saç kəsimi sonrası əvvəlkindən daha bərbad görünmək.

Schlimazl (Yiddiş dili) — Davamlı uğursuzluğa uğrayan şəxs.

Gufra (ərəbcə) - Bir ovuca sığa biləcək suyun miqdarı.

Luftmensch (Yiddiş dili) — Xəyalpərəst insanları ifadə edən söz. Lüğəvi mənası «hava insanı».

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+29=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0261 saniye