Terrorizmdə Din Faktoru
ŞvartsMan tərəfindən "Esse" bolməsinə 01:44 25 iyun 2015 tarixində əlavə olunmuşdur

Terror adətən iki istiqamətlidir –dini ideoloji və siyasi ideoloji. Yəni terrorun həyata keçirilmə vasitələri nə qədər çox və müxtəlif olsa da, onun iki maskası var –dini və siyasi. Terrorizm bu iki xarakterə malikdir.
Tarix bu haqda faktlarla və hadisələrlə doludur. Bir az keçmişə qayıdaq. XVII əsr. 1648-ci il Vestfaliya sülh müqaviləsi. Bu il Avropa tarixində önəmli hadisədir. Dinlə siyasət öz “yerini dəyişir”. Hegemonluq artıq dövlətlərin əlindədir. Artıq dinin genosid, inkvizisiyaları, qətliamlar, Varfolomey gecələri geridə qalır. Dinin bu terrorunu dövlət həyata keçirməyə başlayır. Belə ki, oyun davam edir, sadəcə oyunçular dəyişir.
Mövzumuz “terrorizmdə din faktoru” olsa da, terrorizmi qazıb kökünə baxmaq istəsək dövlətlər çıxır, siyasət çıxır. Amma yenə də mövzumuzun adı terrorun dini tərəfini araşdırmağı tələb edir bizdən. Terror təşkilatlarının adları da, məsələn, Boko Haram, PJAK, FLEK, RAF (Qırmızı Ordu Fraksiyası), Taliban, Əl-Kaidə, LRA (Tanrının Müqavimət Ordusu), TİAP (Tamil İlaminin AZAdlıq Pələngləri), DHKP-C, Həmas, ASALA, Hizbullah və s. onların məqsədlərini ifadə edir. Təşkilatların bəziləri Avropada, Afrikada, bəziləri isə Uzaq və Yaxın Şərqdə terror təşkilatı, yaxud silahlı-terrorist hərəkətlərinə görə bu cür adlanırlar. Amma Həmas və Hizbullah əslində terror təşkilatı olmasa da, beynəlxalq arenada terror təşkilatı kimi tanınırlar. Dini-islamidirlər və ən əsası İsrailə qarşı çıxıb-vuruşurlar. Amerika və İsrail isə bütün dünyaya qışqırıb dedi ki, “bunlar terrorçudurlar, görün necə vəhşiliklər eləyirlər”. Dünya mediası onların əlindədir və hamı da inandı. Noam Chomsky Hizbullahla bağlı deyir ki, Hizbullah “terrorizmi” əslində Livanda hər il 25 mayda İsrail istilaçılarının 2000-ci ildə Livan torpaqlarından çıxarılması hadisəsinin rəsmi tətil kimi qeyd edilməsidir. Yəni Hizbullah müqaviməti ilə gerilla savaşı nəticəsində İsrail 22 ildir Təhlükəsizlik Şurasının qərarlarına məhəl qoymadan terror, şiddət, işgəncəylə işğal etdiyi Cənubi Livandan çıxmaq məcburiyyətində qaldı. Nəticədə İsrail Livandan çıxdı və həmin gün Livanın Qurtuluş günüdür. Hizbullah terrorizminin təməli bu hadisə hesab olunur.
Həmas da Fələstin-İsrail məsələsində Hizbullahla eyni taleyi bölüşür. Hizbullah da, Həmas da günahsız olmasalar da, hər halda terrorçu etiketi yanlış olardı. İki tərəf də bir-birlərini bombalayır, amma İsrail cənnətdən çıxmış kimi görünür. Hizbullah, Həmas bombalayanda, atəş açanda terror olur, İsrail bunları edəndə terror olmur, terrorizmə qarşı mübarizə olur. Gəzza müharibəsini xatırlayaq. 2008-dekabrın 27-si. İsrail qüvvələri Gəzzanın fələstinlər yaşayan hissəsini bombaladı. İsraildən 3 nəfər öldü, Gəzzada 1133 nəfər həlak oldu, 4000 nəfər yaralandı və insanlar evsiz-eşiksiz qaldı. 2014 də yenə anoloji hadisə təkrarlandı.
Siyasətlə din heç bir zaman ayrılmayıb.Sadəcə ayrı görünüblər. Əvvəl din üstün idi,hegemonluq edirdi, indi dövlət, siyasət. Din dövlətin əlində terrorçuların əlindəki Kalaşnikov kimi lazımlı silah olub.
Bütün bu “Terrorizmə qarşı mübarizə” proqramları, qətnamələri, silahların məhdudlaşdırılması (qadağan edilməsi deyil), sülhməramlı qüvvələr, əməkdaşlıqlar və müqavilələr -heç bir kömək etməyib, etmir və etməyəcək də. Terrorun kökü bununla kəsilməyəcək. Böyük dövlətlər nüvə silahının istehsalının dinc məqsədlərlə və kütləvi qırğın silahı kimi istifadə edilməməsini tələb edirlər.Lakin bu dövlətlərdən heç biri demir ki, silahları məhdudlaşdırmayaq, ləğv edək. Çünki silah terror, müharibə və qan deməkdir. Silahları kim istehsal edir və satır? Dövlətlər. “Lord of War” (Оружейнийбарон) filmində dediyi kimi -ABŞ. Silah ticarətçisi ölkələr ABŞ, Fransa, İngiltərə, Rusiya, Çin kimi dövlətlərdir. Qəribəsi odur ki, elə bu ölkələr də ən çox sülhdən və terrorizmə qarşı mübarizədən danışanlardırlar. “Müharibə tanrısı” filmindən replik: “Bu dünya silah ticarətçilərinə qalacaq, çünki hamı bir-birini öldürməklə məşğuldur. Hal-hazırda dünyada dövr edən 550 milyon atəş açan silah var. Bu da hər 12 nəfərdən birinin silahlı olduğunu göstərir. Tək sual: Qalan 11 nəfəri necə silahlandıra bilərik?”
Əslində terrorun dini, milləti və siyasəti yoxdur. Yemək bişirmisən, hazırdı –indi onu necə və hansı adla təqdim etməkdir. Məsələ bundan ibarətdir.
ABŞ-a qarşı hər bir hərəkət terrordur. Terrorçu elan edilmişlər var. Xəbərlərdə televiziyadan onlari görmüsünüz..Onların saqqalları var. Onların arasında saqqalı yəhudi ya xristian yoxdur.. Qərbdəki terror siyasidir, dinlə bağlı olmur. Şərqin irrasionallığı dini siyasətə çevirir və bomba partlayır. Amma məncə, əsl terrorçular saqqalı Üsame Bin Ladenlər yox, saqqalsız Bjezinskilərdir. Əsl terrorçunun əlində silah olmur. Əsl terrorçu qalstuklu politoloqlardır. Onlar isti kabinetlərində əmr verəndirlər, saqqalılar isə öldürənlər. Sadəcə, kameralar bizə nə göstərir onu görürük. Bir də ki, Güc silahı əlində tutub “Allahu əkbər “ deyib öldürəndə deyil, ona bu silahı satandadır.
Terrorizmin məhv edilməsinin 2 başlıca qaydası:
1.Dövlətlər mövcudluqlarını itirib yox olmalıdırlar. Çünki terroru yaradan siyasət və silahı birbaşa dövlətlər həyata keçirir və maliyyələşdirir. Eyni zamanda xatırlayaq ki, XXI əsrdə dünyanı korporasiyalar, təşkilatlar idarə edir, sadəcə üzdə görünən dövlətlərdir, sadəcə sistemin struktrunu pozmaqla terrorizmi məhv etmək olar.
2. Dinləri aradan götürmək və məhv etmək. Belə dinlərin mövcudluğu özü təklükədir, terrorizm mənbəyidir. Çünki həddindən çox siyasiləşmiş və radikallaşmış dinlərdir. Ümumiyyətlə, din və siyasət insanı radikallaşdırır və insanları bir-birinin düşməninə çevirir.
Ümumiyyətlə, insanlara bir-birini öldürmək üçün yox, yaşamaq üçün səbəb vermək lazımdır. Dövlət aradan qalxsa, sərhədlər olmayacaq, bütöv dünya olacaq, silahlar istehsal edən fabriklər olmayacaq –çünki ona pul ayıran, maliyyələşdirən, satan dövlətlər yoxdur. Silah yoxdusa, müharibələr yoxdur. Dövlətlər sülh yarada bilməz, bunu özləri də bilirlər. Dövlət varsa, siyasət var. Siyasət varsa, siyasətçilər var. Siyasətçilər varsa, demək hakimiyyət uğrunda mübarizə var. Hakimiyyət uğrunda mübarizə varsa, deməli qan var. Qan varsa, ölüm var deməkdir.
Üç monoteist din kimi tarixdə bir-birini öldürən, müharibələr edən başqa dinlər tapmaq çətindir. Amma əsas məsələ insan faktorudur. Elə terrorizmin özündə də. İnsanları ideologiyasızlaşdırmaq vacibdir. Dindən və siyasətdən uzaq təmiz və sülh dolu dünya üçün. Yaşadığımız dünya Matrix-dir. Hər şey yuxudur. Həyatımız yuxudur; bizə gözəl görünən qorxulu yuxu...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+24=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0378 saniye