Bəlkədə mən yanılıram... Mən yanılmağı məmnuniyyətlə qəbul edərdim, hətda sevinərdim...(red.1)
Terror və din. Məna və forma etibarı ilə bir-birinə təmamilə əks olan bu iki məvhum bir nöqtədə qovuşub. Bir-birinə elə sıx sarılıblar ki bilmirsən hansı dindir , hansı terror.
Biraz düşünək nədir axı din? Nədir axı bu terror?
Sivil vətəndaşa bu suallar ilə müraciət etsən sənə bir cavab ver “İŞİD” – həm din, həm terror.
Məqsədim elə budur. İlahiyyat fakultəsi məzunu olaraq dini məsələlərdə öz soyuqqanlılığımı qorumuşam. Odur ki, bu günə qədər dinin terror hissəsi ilə bağlı heç nə yazmamışam. Bəli dinin terror hissəsi.
İstər yəhudi, istər xristian, istərsə də müsəlman inanclıların tarixini araşdırsaq din daxilində olan terror qruplarının fəaliyyəti ilə rastlaşa bilərik.
Məzhəblərarası qarşı-durmalar və buna bənzər tarixi hadisələr bizə bu məsələni geniş şərh etməyə imkan verir. Bütün bu anlayışları mütaliə edərkən şübhə yoxdur ki, dinlərin gizlin qolunun – dinin terror hissəsinin var olmasını açıq şəkildə görürük və bunun bir-başa idarə olunmasını şübhəsiz ki, anlamaqda çətinlik çəkməyəciyik.
Terror bizə nə imkanlar verir? Terror bizə din ətrafında birləşmək imkanları verir, hansı ki, bu birlikdən daha sonra məzhəblərarası terror törətmək üçün istifadə edəciyik.
Xristian katoliklərinin digər məzhəblərə qarşı etdikləri dəhşətli hadisələr, sünni-şiə qarşıdurmasının acınacaqlı nəticələri, digər məhəlli dinlər arasında olan savaşlar, iudaizm inanclılarının arasında baş verən hadisələr və son dövrlərə baxsaq vəhabilik təriqətinin yaranması və günümüzədək gəlib çıxan din terroru.
Hər birimiz hər gün bu yazdıqlarımı tv və digər media vasitələrindən oxuyuruq. Hər dəfəsində bu vəhşiliyin son bulmasını istəyirik ancaq hansı şəkildə? Böyük əksəriyyətin fikri dini qruplaşmalar adı altında fəaliyyət göstərən dəstələirin birbaşa və yaxud dolayı yolla məhv edilməsini düşünür və bu düşüncəsində önəmli arqumentlər gətirə bilər. Ancaq heç kim insanlığı qurtarmaq üçün düşünmür. Hər kəs öz inancının xilas olmasını diləyir, öz inancları uğrunda mübarizə aparır.
Bizi insan edən bizim inanclarımızdırmı? Yoxsa biz insan olduğumuz üçünmü inanclıyıq?
Sonda sonumuzu hazırlamaqdan qaçıb insanlığı xilas etməyi arzu edəcəm sizlərə.
Red1 Bu hissə yazının terror hissə ilə bağlıdır