Tərzi-Duha
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 08:05 10 iyul 2023 tarixində əlavə olunmuşdur

Əlif... Ləm... Mim...
And olsun Xəzərə,
Urmiyaya, Böyükşora,
And olsun başım üstdə qanadlanan balıqlara
və onların yüksəldiyi ucalıqlara ki,
qəlbim səni tərk etmədi...
Və bir sabah dirənmişkən
səbrimin ən son həddinə
sonu daha xeyirliymiş, ürəyimlə biləcəyəm...
Tənha ikən gəlib məni tapmadınmı?!
Düşdüyüm bu qəflətdən məni oyatmadınmı?!
Lütfün ilə dayaq durub məni ovutmadınmı?!
Elə isə heç vaxt saf məramından üz çevirmə
və əsla bir aşiqin ürəyini sındırma...
Bir də onun sənə olan
o tükənməz sevgisini
xatırlayaraq hifz et...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+30=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0205 saniye