Təsadüf yoxsa tale?!
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 12:09 18 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Saat zəngindən yuxulu gözlərlə başını yastıqdan qaldırıb elektron saata nəzər salan kimi birdən sanki qorxulu varlıq görürmüş kimi hətərən-pətərən çarpayısından qalxdı. Elə qalxdığı kimi də arzası üstə yıxıldı.

-Yox. Olmaz. Yuxu, lüftən, get-deyib mızıldanıb qalxaraq əyləşdi.-Eee...Zəhləmgetmişin birinə görə normla yata bilmirəm,-dizlərinə dirsəklənib gözlərini ovxalamağa başladı.

-Şəbnəm!!!

-Paho! İşkolik qardaşım da bunlardan geri qalmır. Off!-deyib çarpayıdan ayrıldı.

Tələsik əl-üzünü yuyub əynini geyindi. Qoluna saat taxıb lazımi, makiyaj vasitələrini çantasına doldurdu.Vaxtı yox idi. Yeməyini yeyib evdən çıxmalı idi təcili. Masa arxaınsda tələsənliyinə baş bulayan anasına baxıb gözlərini qıydı.

-Mənə elə baxma.

Qardaşı ilə atası Şəbnəmi 15 dəqiqə qabaqlayıb evdə çıxmışdılar. Dikdabanlarını geyinib anasını öpərək evdən çıxdı. Sürətlə getdiyi üçün insanların qəribə tərzdə ona baxırdılarsa, vecinə deyildi düzü. Aha! Budur, marşrutu. Basabasına rəğmən özünə yer edə bildi. Sürücü elə vəhşiliklə sürürdü ki. dayananda bir-birlərinin üstünə yıxılaraq sürücünü söyürdülər.

Avtobusun tıxaca düşdüyünü görəndə cəld saata nəzər saldı. Dəhşətdən gözləri böyüdü. Udqunub insanları yarmağa başladı. Adamlar gənc qızın bu hərəkətinə tamaş edərək başlarını bulayır və nəsə deyirdilər. Hesabı  ödəyib avtobusu tərk elədi. Addımlarını sürətləndirib piyada getməyə başladı.

Müdirinin onunla alıb-vermədiyi vardı. Sanki bu qızı işdən atdırmaq üçün əlinə lazımi sübutun keçməsini gözləyirdi. Əslində qızın öz işində həddindən artıq düzgünlüyü  bu dazbaş kişinin xoşuna gəlmirdi nədənsə. Əli rüşvətə öyrəşdiyi üçün yəqin ki.

-Al sənə sübut, kaftar! Ah, Şəbnəm, ah! Nə edəcəm axı mən indi?

Alnından süzülən tər pulcuqları artıma doğru gedirdi. Birdən Şəbnəm ayaq saxladı. Yolun kənarında motosiklet və oğlan. Dodağını dişləyib bir xeyli fikrə getdikdən sonra ona tərəf doğrulanmağa başladı.

-Hər nəysə, Şəbnəm. Vaxt azdır. Utanmaqdan keçib daha.

Yaraşıqlı oğlan qızı dinləyib ünvanı soruşan kimi Şəbnəm sevindi. Oğlanın əynində qara kamufljas vardı. Şəbnəm başına motosikl papağı qoyub əllərini arxaya qoydu. Bir xeyli yolu keçdikdən sonra kəskin sürət artımında özü də bilmədən oğlanın belindən yapışdı. Gözlərini bərk yumdu.

-Xanım qız, çatdıq.

Səsə gözlərini açıb cəld əllərini yığışdırdı. Oğlan xarizmatik təbəssümlə gülümsədi. Başındakını çıxardıb oğlana verərək təşəkkürünü bildirdi və doğru iş məkanına daxil oldu.

2 gün sonra müdirin oğlunun iş yerinə gəlişini eşidəndə əsəbiləşib qovluğu masaya çırpdı. Hər kəs ona məzəmmətlə baxıb başını buladı. Şəbnəm direktorunun onu çağırdığını katibədən eşidib dırnaqlarını ətinə batıra-batıra onun kabinetinə qədər gəldi. Dərindən nəfəsini dərib qapını taqqıldadıb içəri girəndə isə şok oldu. Məgər ki, müdirin oğlu həmən motosikletçi oğlan imiş...


... dəfə oxunub
Qiymət: 4/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+35=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0322 saniye