Tibb bacısı
Sən An tərəfindən "Hekayə" bolməsinə 16:07 09 may 2014 tarixində əlavə olunmuşdur

Bakıya sərin bir payız çökmüşdü. Bu payız sanki bütün yay boyu istidən, susuzluqdan ciyərləri yanan şəhərin içinə hopmuşdur. Şəhər bu an rahat nəfəs ala bilirdi və susuzluğu yatmışdır, cana gəlmişdir. Bu, insanlara da öz təsirini göstərirdi. Ətraf mühit sağlam görünürdü. Amma bu sağlamların içində o qədər xəstə insanlar var idi ki, dərdlərinə heç bir fəsil yetişə bilmirdi. Bu xəstələrdən biri də mən idim. Ürəyimdən əməliyyat olunmalı idim. Qorxurdum bu ağır əməliyyata girməkdən, yaşım da elə çox deyil. 1982 –ci ilin soyuq dekabr gecəsində anadan olmuşam...

Və nəhayət bir gün gəldi ki, mən artıq qərar verməli idim, əməliyyat, ya da ki, ölüm. Çünki əməliyyat olunmasam həyatıma böyük təhlükə var idi, ölə bilərdim. Təbii ki, hamı kimi mənim  də içimdə ölüm qorxusu var idi. Ölməkdən qorxmaq ölümdən də betərdir. Çünki ölürsən bitir hər şey, səninlə birgə bütün qorxuların da ölür, amma nədənsə qorxaraq yaşamaq hər gün bir az ölməkdir, hissə-hissə ölmək.     

İyirmi üç nömrəli palata, ağ xalatlı həkimlər, əməliyyata hazırlıq. Bütün vücudumu qəribə bir hiss bürümüşdü. Etiraf edirəm ki, çox qorxurdum. Həm ölümdən, həm də əməliyyatdan.Bu iki qorxu arasında çıxılmaz vəziyyətdə qalmışdım. İynə vurub keyləşdirmişdilər məni. Artıq heç bir qorxu hiss etmirdim. Gözlərimi açmaq istədim, amma göz qapaqlarım elə bil bütün həyatın yükünü öz üstünə götürmüşdü deyə açıla bilmirdi və mən gözlərimi yumuram. Bundan sonra nə oldu, necə oldu heç nə hiss etmədim. Yuxu görürdüm. Ən iri supermarketlərdən ən bahalı içkilər alırdım. Mən bu “alış-verişi” etdiyim zamanda sinəm qarnıma qədər həkim tərəfindən kəsilmiş ürəyimə ayaq hissəmdən damar tikirdilər. Yenə də mən bunun fərqində deyildim.     

Artıq bütün çətinliklər arxada qalmışdı. Əməliyyat uğurla keçmişdi. Bir neçə gün idi ki, palatada yatırdım. Özümü də yaxşı hiss edirdim. Bir tibb bacısı mənə yardım göstərirdi. Mənə elə gəlirdi ki, heç bu zamana qədər belə gözəl qız görməmişəm, bəlkə də görmüşəm fərqində olmamışam. Sağlam həyat yaşayanda gözəllikdən çox əyləncəyə meyilli olmuşam. Elə ki, xəstəlik bədənimə hakim kəsilməyə başladı gözəllikləri hiss etməyə başladım. Bu qızın iyirmi yaşı olardı, ya da olmazdı. Çox gözəl idi. Hər dəfə bu tibb bacısı mənə yaxınlaşıb iynə vuranda, təzyiqimi, qızdırmamı ölçəndə burada xəstə kimi yatmağıma sevinirdim. Qız mənim gözlərimə surreal bir şəkildə görünürdü. Sifətində hər bir cizgi sanki, əl ilə işlənmişdir. Qadın allahın yaratdığı rəsm əsəridir. Tibb bacısının əli mənim xəstə vücuduma toxunduqca, damarlarıma bir ehtiras dolu eşq mayesi axırdı. Artıq onu görməyəndə darıxırdım. Onun qara qaşları, incə, qıpqırmızı, parıldayan, qan dolu dodaqları, pampıq kimi yumşaq əlləri, uzun barmaqları, qara, xoş ətirli saçları,  baxışı, təbəssümü, incə bədən quruluşu gözlərimin qarşısından getmirdi. Xəstəxanaya gələndə tez sağalıb çıxmaq istəyirdim, amma indi onun tam əksini fikirləşirdim... Bura xəstə gəlib sağlam qayıdanlardan yox, elə xəstə gəlib, başqa bir xəstəliklə qayıdanlardan olacaqdım. Hər dəfə palatanın qapısı açıldıqca, onu görmək arzusu ilə gözlərimi həmin istiqamətə zilləyirdim. Onu görməyəndə gözlərimə qaranlıq çökürdü. On gün xəstəxanada belə vəziyyətdə yatdım və nəhayət buranı tərk etmək vaxtım gəlib çatdı. Amma mən evə getmək istəmirdim.    

Artıq iki həftədən bir az çox olardı ki, xəstəxanadan çıxmışdım. Güclü yağış yağırdı. Yağışın hər damcısı yarpağın üzərinə qonduqca sanki bu yükdən canını qurtarmaq üçün ağacdan qopub nəm asfaltın, torpağın üzərinə qonurdu. Mən bu zaman evdə oturmuşdum. Özümü yarpaqdan da zəif hiss edirdim. İçimdə olan yükdən heç cürə canımı qurtara bilmirdim. Fikrimdə həmin o qız idi. İndi gələcək yanıma, toxunacaq mənə halımı xəbər alacaq. Gözümü qapıya zilləyib bunlar barədə fikirləşirdim. Amma qapı açılmırdı, gələn yox idi. Hər şey o palatada qalmışdı. Onun barəsində fikirləşdikcə qısqanclıq hissi məni bir az da boğurdu. İndi görəsən hansı xəstəyə qulluq edir? Kimə iynə vurur? Kimin təzyiqin ölçür? Kimin üzünə gülümsəyərək halın xəbər alır? Bütün bu fikirlər məni didişdirirdi. Bəzən fikirləşirdim niyə görəsən ona öz hisslərimi açıb demədim? Amma cavab tapa bilmirdim.Payızın yağışında torpağa qarışıb palçıq olub getmək istəyirdim buralardan. Yox olmaq. Yerim də bilinməsin. Özüm də bilməyim haralardayam. Sevgilim küçədən keçəndə sıçrayıb yapışım onun ətəyindən, bəlkə belə olsa onun getdiyi yerlərdən xəbərim ola.Hər gecə yuxuya gedəndə yanımda bir qadının olmaması, hər səhər ayılanda yatağımın o biri tərəfinin boş olması məni üzürdü. Payız küləkləri də xəstə halıma hüznlü lay-lay çalırdı. Bir neçə gün də elə bu fikirlərlə yaşadım və artıq qərar verdim ki, o qızı tapıb ona olan hisslərimi etiraf edəcəm. Mən bunu etdim. Onun iş qrafiki haqqında müəyyən məlumatlar toplamışdım. Axşam saat 7 radələrində həmin xəstəxananın qarşısında həyəcanlı formada dayanmışdım. Bir gözüm saatda, bir gözümsə həmin binanın çıxışında idi. Nəhayət o, işdən çıxdı. Uzaqdan onu gördüm. Dəhşətli bir həyəcan hissi məni bürüməyə başladı. Ürəyim bərk-bərk döyünürdü. Onu izləməyə başladım. Arxasınca ondan xəbərsiz gedirdim. Küçədəki maşınların səsi, hay-küy  mənə daha da mane olurdu. Sanki gözləyirdim ki, sakit bir dalana girəcək və bu mənə daha əlverişli olacaq. Amma bunlar boş fikirlər idi, həyacanımı  heç bir şəkildə üzərimdən ata bilmirdim. Fikirləşə-fikirləşə artıq ona yaxınlaşmağımı hiss elədim. Bu zaman o mənə tərəf çevrilib nə istədiyimi soruşdu.-Hmmm, bilirsiz xanım mən sizin xəstəxanadan üç həftə bundan əvvəl çıxmışam.-Anlamadım. Hə, nə olsun ki?-Sizi orada görmüşəm və sizə vurulmuşam, vurulmuşam, sevirəm sizi. Çççox gözəlsiz. (Həyəcandan dilim topuq vururdu ağzımdan nə söz çıxırdı fərqində ola bilmirdim). Xatırladınız məni?-Siz iyirmi üç nömrəli palata yatırdınız? Deyəsən ürəyinizdən əməliyyat olunmuşduz hə?-Ahaa, düz tapdız. Bəli həmin palata, siz gəlirdiniz, mən də sizi gözləyirdim.-Siz nə danışırsız? Mən onsuz daa gəlirdim, gözləsəniz də, gözləməsəniz də. Bu mənim işimdir. Niyə belə həyəcanlanırsınız ki? Sizə axı həyacanlanmaq olmaz. Ürəyinizə çox ziyandır.-Həəə.-Yaxşı, mən tələsirəm, evdə məni gözləyirlər. Sizdə evdə internet var? Orada danışaq. Axşam saat onda orada olacam.-Hə var, planşetim var. wi-fi ilə qoşula bilirəm.-Skype var?-Var.-Məni orada taparsız, danışarıq, skype adım İnara89, profilimdə pişik şəkli var.-Yaxşı. Razılaşdıq.-Sağ olun.O mənimlə sağollaşıb getdikdən sonra yerimdə donub qalmışdım. Gözlərimlə onu yola salıb itirdikdən sonra tez evə gəldim. Planşetimi yandırıb internete qoşuldum. Skype-da onu tapdım.Onun gəlməyinə hələ bir saat vaxt var idi. Mənsə elə hey onun haqqında düşünürdüm. Bayaqkı onunla olan söhbətim, həyacandan danışa bilməməyim gözümün qarşısından getmirdi. Məni bu fikirdən skypeya gələn zəngin səsi ayırdı. O idi. Cavab düyməsini basdıqdan sonra planşetimi götürüb divanda rahat şəkildə oturdum. Kameranın o biri tərəfində onu gördüm, mənə baxıb gülümsəyirdi. Mən də heç nədən gülümsəməyə başladım. Əynində ağ hamam xalatı var idi. Duşdan yenicə çıxmışdı. Etiraf edim ki, bu görüntüsü məni ehtiraslandırırdı. Oradan – buradan danışmağa başladıq, sonra mənə dedi ki, sənə indi bir  mesaj yazacam oxuyarsan.-İnara89(mesaj)………….Bax mən öz rəfiqəmlə qalıram. Həyatımda ondan başqa heç kim yoxdur. Hə bir də bir pişiyim var onu da sevirəm)). Mənim kimi qızlar pişikləri çox sevir. Elə rəfiqəm də mənim kimidir. Biz ikimiz də lezbiyanıq. Mənim kişilərə qarşı heç bir seksual istəyim yoxdur. Onlardan xoşum gəlmir. Mən öz qadınlığımı heç bir kişiyə qurban verə bilmirəm. Mən yataqda tabe olmağı yox, tabe etməyi sevirəm. Mənim içimdə bir gözəl qadınla yanaşı, bir “kişi” də yaşayır. O kişi ki, mənə qadınla yatmağı öyrədib. Mən anadan belə doğulmuşam. Hələ uşaqlıqdan gözəl qızlara baxmaqdan zövq alırdım. Yaşa dolduqca onlara qarşı cinsi istək yarandığını duydum və artıq istədiyim həyatı yaşayıram. Yaxşıdır, ya pisdir bunun fərqində deyiləm. Bunu sənə ona görə yazıram ki, məndən heç bir münasibət gözləməyəsən. Əgər istəsən sənə yataqda nece bir qadın olmağımı bu kamera vasitəsi ilə göstərə bilərəm.Mən heç nə fikiləşmədən “hə, göstər” dedim.Kameranın bu üzündə canlı bir seks səhnəsini izləyirdim. Hər ikisi lüt vəziyyətdə sevişirdilər. Öpüşləri çox ehtiraslı idi. Hərdən iniltilərini də eşidirdim. Barmaqları bir-birilərinin vaginalarında gəzirdi. Heç vaxt qadının belə gözəl incə yaradılış olduğunun fərqində olmamışdım. İnaraya qarşı bu an içimdə böyük bir nifrət, eyni zamanda böyük bir sevgi də duyurdum.Ona qarşı qısqanclıq hissim yox olub getmişdi. O mənim hisslərimə başqa bir kişi ilə yox, gözəl bir qadınla xəyanət edirdi. Mənsə bu xəyanətə qıraqdan baxıb həm də zövq alırdım. Mənim olmayan şeydən zövq almaq özümə qarşı nifrət yaradırdı. Artıq hər ikisi orqazma çatana yaxın onlara baxa bilmirdim. Ehtiras da mənə bir tərəfdən mane olurdu. Tez əlimi “end call” düyməsinə basıb görüntünü bağladım. Bu zaman ürək tərəfimdə dəhşətli bir yanğı hiss eləməyə başladım. Kürəklərimdə bir sıxıntı yaranmışdır. İnfarkt keçirirdim. Onlarsa bu zaman boşalıb rahat yataqlarında uzanmışdılar.


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+12=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0389 saniye