Bu cızma-qara bəlkə də ortaya çıxmayacaqdı...Ta ki, bir neçə gün öncə Rüzgar Mövsüm deyilən “zatı-şəxsiyyət” (öz deyimi ilə, yazıçı, jurnalist, publisist, copywriter və.s) mənə Facebookda dostluq “atmasaydı”...(Haşiyə: Rüzgarla 2015-ci ildən qalan bir Sosial Media “keçmişimiz” vardı, təhsil, özünü inkişaf etdirmə barədə bir müzakirəmiz olmuşdu və mən onu həmin vaxt təhsilin o qədər də önəmli olmadığını ifadə edən bir fikir səsləndirdiyinə görə dostluqdan çıxarmışdım).Nə isə...Aradan 2 il keçmişdi və mən hüquqşünas kimi 2 il fəaliyyət göstərmiş, Avropada təqaüdlü doktoranturaya qəbul olmuşdum. Bu zaman ərzində onun da müəyyən özünüinkişaf yolu keçdiyini düşünərək dostluğunu qəbul elədim. Necə deyərlər, olan olub keçən keçmişdi və insanların daima inkişaf etdiyinə inanmağı üstün hesab edirdim. Sözügedən “bəy”in profilinə baxdıqda gördüm ki, “eleman” ölkədən siyasi qaçqın statusu ilə Avropaya keçid edib. Neytral mövqe insanı olaraq buna qəribə baxmıram və baxmadım da. Siyasi fikirlərinə görə təzyiqlərə məruz qalan insanların məkan dəyişdirməsi normaldır. Amma bunun tək bir istisnası var ki, gərək o şəxs məkan dəyişdirmək üçün “siyasi fikir istehsal edən” adamlardan olmasın. Rüzgarın bu keçidinin ikinci variant olduğundan əmin idim, çünki onun Azərbaycanda yazdıqlarından da xəbərim vardı. Bu bir neçə gündə 2015-ci ildəkindən fərqlənməyən, tin-dalan məzmunlu statuslarına dözümlülük nümayiş etdirsəm də, 28 Fevral 2017-ci il tarixində artıq toqquşma qaçınılmaz oldu. Paylaşılan statusu olduğu kimi burda göstərirəm. “Camaatın balasının boş-boşuna qurban verilib qırıldığı bir anda, hansısa oğraşların "PREZİDENT YAXŞIDŞR, E, AMMA ƏTRAFI PİSDİR" deməsi ölənlərin anaları üçün təxminən "ÖLÜM PİSDİR, E, AMMA ŞƏHİDLİK YAXŞIDIR" sözləri kimi cəfəngiyyatdır. Şəhidlik yaxşıdır, hə? Bir az arvad kimi çıxacaq, amma, yalansa, igid öləsiz?!”İnsanların bu qəmli-kədərli günlərində vətənpərvərlik kimi həssas bir mövzu üzərindən polemika yaratmaq istəyən bu statusa dözümlülük nümayiş etdirə bilmədim. Statusun altına mədəni formada, çox sadə bir sual yazdım (hal hazırda sual həmin statusun sahibi tərəfindən silinib). “Rüzgar bəy, siz hərbi xidmətdə olmusuz? Olmusuzsa, hansı qoşun növündə?”. Bəh! Partlamağa hazır bombanın pimini çəkmiş oldum. “Bu sualın bu mövzu ilə nə əlaqəsi var?! Təxmin edin, sizcə olmuşam yoxsa yox! Profilinizə silahla şəkil qoymaqla özünüzü vətənpərvərmi hesab edirsiz?” və.s və ilaxır. “Bəy”in menopoz dönəmlərini keçirən bir neçə xanım “arkadaşları” (və ya “heyranları”) da başladılar ki, nə başladılar. Bir sözlə, mədəni formada müzakirənin bütün faktorlarını ortadan qaldıraraq qəbilə dövrünə geri döndülər. Hətta Rüzgar daha irəli gedib “sənin də dövlətlə (Qeyd.Dövlətlə hökumətin fərqini ayrıd edə bilməyib aydın məsələdir ki) problemin olsaydı, Azərbaycanda rahat yaşaya bilməzdin” kimi önyargı ilə məni hökumət yanlısı belə çıxarmağa çalışdı. Müzakirəyə son olaraq “Neytral insan görəndə bağrınız çatlayır” cümləsi ilə yekun verdim və həmin şəxsin dostluğumdan çıxdığını görüncə dərin bir nəfəs aldım.
Yekun olaraq mən bugün bir daha gördüm ki, dahi Sədi Şirazinin dediyi “İsanın eşşəyini Məkkəyə də aparsalar, yenə də hacı olmayıb, eşşəkliyində qalar.” cümləsi özünü tam doğruldur. İncəsənət universitetində təhsilini yarımçıq qoymuş, gedib təhsilini Xarkov Milli Şəhər Təsərrüfatı Universiteti kimi heç kimə düz-əməlli məlum olmayan bir universitetdə davam etdirmiş birisinin bu qədər tin söhbətləri ilə özünə yazıçı-jurnalist deməyi, yəqin ki, ancaq cahilin cəsarəti kimi tövsif oluna bilər. Bugün təəssüf ki, bu şəxslərin yazdıqları sayıqlamaları oxuyan təhsilsiz bir qrup insanlarımız var. Kifayət qədər dünyagörmüş, təhsilli insanlarımızı üzə çıxarmadıqca, bu tiplərin də həm sosial mediada, həm də onlayn ədəbiyyatda at oynatmaqlarına hələ bir müddət şahidlik edəcəyik.