Titanikdən çıxmış tək kağız - Menyu
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 17:36 04 dekabr 2015 tarixində əlavə olunmuşdur

“Titanik” gəmisində tapılmış menyu sentyabrın 30-da xərraca çıxarıldı, menyu 50-70 min dollar həcmində qiymətləndirildi.

Bu menyudan zəngin sərnişinlərə qəzadan az öncə yeməyə döyülmə donuz əti ilə ingilis piroqları, əzmə qoyun əti, tapiokalı pudinq təqdim edildiyini öyrənmək olar. Bu artefaktın hekayəsi da maraqlıdır; menyu hansısa yolla amerikalı Spenserlər ailəsində çalışan fransalı Eliza Lyurettdə olub. O, Missis Spenserlə birlikdə xilas ola bilib və menyu onun cibində qalmışdı. Ümumi olaraq, hərracda "Titanik" gəmi qəzası ilə əlaqəli 250-dən çox əşya sərgilənib. Hərracda toplanılan ümumi məbləğ isə 100 min funt sterlinq təşkil edib.

Xatırladaq ki, dəbdəbəli səyahət gəmisi 1912-ci il aprelin 15-də Sautqemptondan Nyu-Yorka ilk səyahəti zamanı Atlantik okeanında aysberqlə toqquşaraq batmışdı.

“Henry Aldridge & Son” adlı ev muzeyinin İngiltərənin Uiltşir şəhərində keçirdiyi hərracda “Titanik” gəmisinin restorandakı nahar yeməyinin menyusu sensasion qiymətə - 96,5 min dollara satıldı.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+34=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0371 saniye