Titiz
Yusifli N. tərəfindən "Hekayə" bolməsinə 23:02 19 aprel 2015 tarixində əlavə olunmuşdur

- Sevdiyim hər şeyin azaldığını , bitdiyini gördüm. Əlimdə heç bir şey yox idi. Mən də səhvlərimi sevməyi qərar aldım.

- Bəs öldürdüyün o adamlar.. Etdiyin səhvlərdən deyil?

- Yox. Bir qədər sonra anladım ki, səhvlərimi sadəcə özüm təmizliyə bilirəm. Təmizləməyə başladım. Sonra , Tanrınında bəzi səhvləri olduğunu gördüm. Onlarıda təmizləməyi öz üstümə götürdüm. Öldürdüyüm  adamlar  sadəcə Tanrının səhvləri idi.

Orta yaşlı , qısa boylu bir kişi evinə aldığı içi ərzaq dolu torbalarla marketdən çıxdı. Bir mahnı mızıldanırdı. Gecənin səssizliyində mızıldandığı mahnı ətrafa yayılırdı. Binanın məhəlləsinə girdi. Birinci mərtəbədə bir kişi başını pəncərədən çıxarıb siqaret tüstülədirdi. Onunla salamlaşdı , hal- əhval tutdu, sonra içəri girdi. Cibindən açarı çıxarıb qapını açdı. Mətbəxə keçib aldığı şeyləri yerbəyer elədi. Qonaq otağına keçdi. İşığı yandırdı. O an birinin ona toxunduğunu hiss etdi. Arxaya çevrilməyi ilə bıçağın boğazına keçməsi bir oldu. Qəribə səslər çıxararaq yerə yıxıldı. Qara kepli , qara jaketli , hardasa 25-30 yaşlarında oğlan bıçağı kişinin boğazına necə keçirmişdisə , elə də çıxardı. Üzərindəki qanı əski ilə silidi, sonra bıçağı qatlayıb cibinə qoydu.Boğazdan axan qan köpüklənərək yerə tökülürdü , rəngi daha da tündləşirdi. Nifrətlə kişini və axan qanı izlədi. Kişinin üzərinə tüpürüb , qarnına bir təpik vurduqdan sorna mətbəxə keçdi. Qazı yandırdı , çaydana biraz su əlavə etdi və qazın üzərinə qoydu. Sanki bilmədiyi bir mahnını yadına salırmış kimi fit çala- çala stolun üstündən stəkan götürdü. Çaydandakı su qaynadı. Qazı söndürdü , stəkana dəm tökdü üzərinədə su. Sonra çayı götürüb , qonaq otağında oturacaqda oturdu. Hələ ölməmişdi. Çayından bir qurtum içdi. Kişi yerdə çabalayırdı. Çaydan bir qurtumda içdi , durub stolun üstündən qənd götürdü. Ağzına qoyub yerdə can cəkişən kişini izləyə - izləyə çayını içməyə başladı. Bir müddət sonra kişinin tam öldüyündən əmin olub, cibindən bıçağını yenidən çıxardı. Kişinin alnında üçbucağa bənzər bir şey cızdı. Mətbəxə keçib çay içdiyi stəkanı yudu, sonra səliqə ilə yerinə qoyub, evdən çıxdı.

Ertəsi gün ,  səhər yeməyini yeyərkən bir yandan da internetdə xəbər saytlarından gündəlik xəbərləri oxuyurdu. Öldürdüyü adam haqqında nə yazıldığına hər dəfə baxırdı. Dünənki cinayətlə bağlı bir xəbər gördü. `` Özünü qəhraman hesab edən qatildən növbəti cinayət`` xəbərin başlığı belə idi. Başlığı oxuyub  `` Bunlar cinayət deyil , bir gün hamınız öyrənəcəksiniz`` dedi sakitcə və oxumağa davam etdi.

"43 yaşlı  N.Q. Öz evində ölü tapıldı. Qonşulardan biri qapının açıq olduğunu görüb xəbərdarlıq etmək üçün evə girərkən qonaq otağında kişinin qanlar içindəki cəsədini görüb və polisa xəbər edib. Mərhum N.Q. nın cəsədinə ilk baxış zamanı aşkar olub ki , özünü qəhraman hesab edən silsilə qatili daha bir insanı qətlə yetirib. Belə ki , cəsədin alın nahiyəsinə kəskin alətlə üçbucaq formalı fiqur cızılmışdır və daha öncəkilər kimi N.Q da boğaz nahiyəsindən kəsici alət salınaraq öldürülmüşdür. Qatilin binadan çıxarkən qonşular tərəfindən görüldüyü  bildirilib, lakin, qaranlıq olduğundan üzünü görə bilməmişlər. Hesab edilir ki, bu silsilə qatili qurbanlarını

özünün günahkar bildiyi bir təbəqədən seçir. Belə ki, N.Q, bir neçə il əvvəl 17 yaşlı bir qıza təcavüz etdiyi üçün məhkəmədə iştirak etmişdir və qeyd edək ki, hakim tərəfindən verilən cəza çox az olduğundan hamı təccüblənmişdir. Qatilin bundan öncəki qurbanları da cəzasını tam çəkmədiyinə inandığı insanlar idi".

Oxumağı yarımçıq saxlayıb, yemək yediyi süfrəni yığışdırdı. Həzin bir musiqi qoyub , mahnının sözlərini mırıldanmağa başladı.
Artıq 1 həftə idi ki, evdən çölə çıxmırdı. İşə də getmirdi. Düşünməyə çalışırdı ki, hər şey yaxşı olacaq, amma, sonunun pis olacağını bilirdi. "İnsanlar məni başa düşmür. Bir ovuc işə yaramazı öldürmüşəm sadəcə. Məni bir təmizlik işçisi kimi də görə bilərlər, zir-zibilləri aralarından təmizləyirəm. Ah, mən niyə bunu edirəm axı bir bilsəydilər. Mənə təşəkkür etmək əvəzinə axtarışa veriblər ki, gəlib tutub aparsınlar. Ay axmaqlar, öldürdüklərimin necə insanlar olduğunu xəbərlərdə oxumusunuz? Onların dünyaya gəlməsi xətadır. Ömrümün axırına qədər bu səhvləri özüm siləcəm".  Kiminləsə danışmaq istəyirdi. Kiməsə etdiklərini danışmaq istəyirdi, başa salmaq istəyirdi, amma, onsuzda faydası yox idi. "İnsanlar nankordur!"

1 həftə sonra bir qurban daha tapmışdı . Xeyli izləmişdi kişini. Bu kişi isə molla idi. Din adı ilə insanların qanını içən biri olub həmişə. Etdiyi bütün fırıldaqların qalxanı əlində tutduğu kitabı idi.

Molla bu gün yenə axşam namazından çıxıb evinə gedir. Evin önündə qardaşı onu gözləyirdi , açarı verir ki , sən evə get mən maqazindən həci pivəsi alım gəlirəm , axşam vurarıq.
Mollanın qardaşı qapını açdı , içəri girdi. Qonaq otağına keçdi. İşığı yandıran an oğlan bıçağı boğazına soxdu. Qırıq- qıqır səslər çıxara-çıxara yerə yıxıldı.  Oğlan öldürdüyünün molla olmadığını görüb tez kömək etməyə çalışdı , amma , bir faydası olmadı. ``Tüpürüm belə işə!! Neynədim mən!? `` Oğlanın beyni dayandı sanki , gözləri yaşardı , əgər vaxtı olsaydı oturub hönkür-hönkür ağlayardı , amma , səhv etməməliydi. Soyuqqanlı olmalı idi. Fikirləşməli idi hər şeyi. Otağın içində o tərəf bu tərəf addımlamağa başladı. Çox qəribə hisslər içində idi. Sanki ilk dəfədirki adam öldürürdü.

Bütün gecəni yata bilmədi. Siqaret siqaretin arxasınca yandırdı. Evdə tüstüdən heçnə görünmürdü. Özü isə bunu hiss eləmirdi. Donub qalmışdı. Gözlərini bir yerə zilləyib ancaq o adamın ölərkənki üz ifadəsini düşünürdü. Yadından çıxara bilmirdi. Elə hey təkrarlayırdı `` Günahsız bir insanı öldürdüm. Artıq məndə  zibiləm , mən də tanrının bir səhviyəm``
Evə necə və nə vaxt gəldiyini xatırlamırdı. "Görəsən o iyrənc mollaya rast gəlmişdimmi?" Xatırlamırdı.  Divarın bir küncünə sıxılmışdı. Ağlayırdı.

Üç gün sonra pis vəziyyətdə evdən çölə çıxdı. Qərara almışdı ki , gedib təslim olacaq , bütün etdiklərini açıb deyəcək. Bir an ağlına heç bu gün xəbərlərə baxmadığı gəldi. Bunu niyə xatırladığını da bilmədi. Küçələrlə piyada gəzərək polis idarəsinə gedirdi. Həmişəkindən fərqli olaraq bu dəfə hər şeyə diqqətlə baxırdı , binalara , ağaclara , səmaya , maşınlara. ``Bəlkə də bunları bir də görməyəcəm.`` Yolunu uzadaraq , tanımadığı küçələrə girərək , yavaş-yavaş gedirdi.

- Sən  düşünmürsənmiki heç , bəlkə özündə Tanrının səhvisən? – Polis işcisi cavab verdi.

- Düz deyirsiz eləyəm, amma. molla tanrının səhvi deyilmiş. Onun elə işi bu imiş.

Oğlan içəri düşəndən bir müddət sonra xəbər gəldi ki,  haradansa tapdığı bir bıçaq ilə öz boğazını kəsərək intihar etmişdir. Son sözləri isə "Özüm özümü təmizləyirəm" olub.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
4+25=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0264 saniye