Taleyim, qismətim qəm oldu mənim.
Çətindir, çətindir buna alışmaq.
Vardır Tanrıdan bir tək diləyim,
Tək bir şey istərəm, sənə qovuşmaq.
Mən yağmur olaram ellərə düşsəm,
Olub qəmli nəğmə dillərə düşsəm,
Olub bir dilənçi çöllərə düşsəm,
Tək bir şey istərəm, sənə qovuşmaq.
Şikayət etmərəm danılsam da mən,
Məcnun tək səhraya ayrılsam da mən.
Susuzluqdan yanıb qovrulsam da mən,
Tək bir şey istərəm, sənə qovuşmaq.
Mən sadə insanam, mən sadə insan,
Amma sənə görə döndüm Allahdan.
Tək ziyarət yerim olduğun məkan,
Tək bir şey istərəm, sənə qovuşmaq.
Sənsiz sirdaş olub qəmim, kədərim,
Sənsiz həmdəmimdir, acım, qəhərim.
Əlacım hər yerdən kəsilib mənim,
Tək bir şey bir şey istərəm, sənə qovuşmaq.
Sənsiz çox xəstəyəm, əlac et, huri,
Vücudum məhv olur, verib qərarı.
Istəməm, yox olsun gözümün nuru.
Tək bir şey istərəm, sənə qovuşmaq.
Donur damarımda axan bu qanım,
Dözməyir həsrətə, gedir bu canım.
Ölürəm, bir tək arzum var mənim.
Tək bir şey istərəm, sənə qovuşmaq.
Eşqimin yolunda ölən bir kəsəm,
Elşən ismimdir, özüm şairəm.
Sənsiz cənnətə də düşsəm neynirəm,
Tək bir şey istərəm, sənə qovuşmaq.
Elşən İsmayıl