Tövbələrin intiharı
tərəfindən "Esse" bolməsinə 18:17 04 aprel 2014 tarixində əlavə olunmuşdur

Tövbələrim intihar edir yavaş-yavaş
Hər rukətdə daha çox bezirlər məndən
Hər duada günah saçıram artıq...Nə var nə yox deyirdiləreee guya bilmirmişlər kimi..."Nə var, nə də yox" dedim bu gün...Qapını bağla Və Sus...Bax ətrafına...Hər şey necə də bezdirici olur hərdən hə? Məsələn bu gün otağına girəndə uşaqlıq şəkillərin çərçivədən sənlə danışmağa başlasalar.Öz arzularını danışsalar sənə.Uşaqlıqdakı...axmaq yox e sadəlövh arzularını.Ya da gecələr pianon öz-özünə musiqi ifa etməyə başlasın.Ruhuna uyğun...
Bu gün qar yağsa
Məsələn, bənövşəyi rəngdə...
Məsələn, insanlar "gülüş topu" oynasalar bu gün.Hamı bir-birinə gülüş atıb qaçsa...
Sənin də xoşbəxtliyin uzaqlardadır hə? Bilmirəm, "Xoşbəxtlik" deyə bir kənd mi var uzaqlarda? 
Ya da..."Uzaqlar" deyə bir kənd mi var Xoşbəxtlikdə?
Eh...mənasızdı hə?
Bəs Sən neçə günah eləmisən dualarında? Neçə namazda cinayətkar olmusan? Axırıncı dəfə nə vaxt açılıb Səmanın qapıları? Nə vaxt danışmısan Allahla?
Eh...mənasızdı hə?

Nə olsun ki həyatlar fərqlidi
İntiharlar həmişə eynidi
Yaralı qanadlarım yaraşmır ölmüş bədənimə
Yaraşmıram mən sizin rəhmətlərinizə
Bax gör necə xoşbəxtəm quyunun dibində
Bax dualarınız heç toxunmur ruhuma
Bax gör necə rahatdı məzarım
Baxma tənhalığıma...Hə çox ağrıdır
Bir də Azadlıq var e...Sussssss
Unutmaq istəyirəm mən hər şeyi bir nəfəsə....Mənasızdı amma hə.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+27=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.011 saniye