Tufanlardan keçən ömür
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 15:30 13 iyul 2016 tarixində əlavə olunmuşdur

Zaman onu çox yorsa da,həyatın iztirabları qəbində kök salsa da,o, bunu biruzə verməməyə çalışırdı. O,doğulub boya-başa çatdığı şəhərinin insanlarına lazım olduğunu çox gözəl anlayırdı.Hər gün yüzlərlə şəfa gözləyən xəstələrinin qarşısına ümid çırağı kimi çıxmaq,onun müqəddəs amalına çevrilmişdi.Tibb aləmində knyazlıq haqqını çoxdan haqq etmişdi Knyaz həkim...

Gözlərindəki mülayim baxışlarıyla,insanı rahatladan həlim səsiylə xəstələrinin qəlbində həyata qarşı ümid çırağı alovlandırmağı bacarırdı.Çağdaş dünyamızın ağır səs-küyü,hər gün stress,hər gün həyacan bəşər övladının əsəblərini tarıma çəkməyə biməz.İnsanın bioloji cəhətdən ayaqda qalmasını saxlayan ilk amillərdən biri də,sinir sistemlərinin mühafizə olunmasıdır.Belə mürəkkəb məqamlarda,insanların ilk pənah apardığı yer, sözsüz ki,bu sahəyə bilavasitə cavabdeh olan tibb mütəxəssisləri olur.Bütün bu incəlikləri zərgər dəqiqliyi ilə bilirdi Knyaz həkim.Onun haqqında söz düşərkən hər kəs xoş kəlmələrlə iltifat edirdi,bu dəyərli insana.Ömrünün böyük bir hissəsini sırf əsəb xəstəliklərindən əziyyət çəkən pasientlərinə həsr edən Knyaz həkim, yenə də,öz peşəsini ləyaqətlə davam etdirməkdədir....

 Bu günlərdə yaxın dostlarımdan birini uzun-uzadı isrardan sonra,Knyaz həkimin  işlədiyi tibb ocağına apardım.İkinci mərtəbəyə qalxıb həkimin qəbul otağına tərəf yan almaq istəyirdik ki, qarşımızdakı insanların çoxluğu hərəkətimizə mane oldu.Qaydalara uyğun olaraq biz də,digərləri kimi öz növbəmizdə dayandıq. Dostum bizimlə birlikdə növbəyə dayanan insanların Knyaz həkim barəsində dediklərinə diqqətlə qulaq verirdi.Eə bu zaman şöbədə yerləşən palataların birindən 25-30 yaşlarında,qollarının altına çəlik dayamış gəlin xeylağı,onun arxasınca isə yaşlı bir xala çıxdı.Gəlin xeylağı dəhlizdə o baş-bu başa hərəkət etdikcə yaşlı xala da,onun arxasınca yeriyirdi.Çox keçmədən aydın oldu ki,həmin xala,bu gəlinin anasıdır.O,həkimin qəbulunda növbəyə dayanan öz həmyaşıdına dərdini anladırdı. 

-Qızımı əcnəbi həkimlərə etibar etdim.Elə bütün fəlakət də,bundan sonra baş verdi.Əməliyyat zamanı sinir sistemlərini zədələdilər.Aylarla gəzmədiyimiz yer qalmadı.Son olaraq bizə Knyaz həkimi məsləhət gördülər və bura pənah gətirdik.Knyaz həkimin sayəsində övladım bu gün hərəkət edə bilir...

Ürəyi yanğılı ana başına gələnəri nəql etdikcə həyacanı sifətinə sirayət edirdi.

-Yaxşı ki,belə həkimərimiz var.Allah canlarını sağ etsin ki,onlar da,bizim dərdimizə-dəva olsunar-deyə,həmsöhbəti qayğılı ananın sözlərinə qüvvət verdi...

Nəhayət ki,sıra bizə də gəlib çatdı.Dostumla birlikdə həkimin otağına daxil olduq.Qarşımızdakı elə həmin Knyaz həkim idi.Zaman saçlarına ağ dən salsa da,təcrübəsi və qabiliyyəti əvvəlki kimi yerində idi.Qarşısınakı pasientini təmkinlə dinləmək,verdiy məsləhətləri dərinliklərinə kimi izah etmək,yazdığı həblərin mahiyyəti barədə əhatəli məlumat vermək Knyaz həkimin xislətində olan dəyərləri bariz şəkildə ortaya qoyurdu...

Həkimlə sağollaşıb otaqdan dəhlizə çıxdıq.İş saatının bitməsinə təxminən bir saat qalsa da,qəbul otağının qarşısı hələ də,seyrəlməmişdi.Hər kəsin gözlərində bir ümid,hər kəsin qəlbində bir inam həkimi iə görüşəcəyi zamanını gözləyirdi...

Zaman onu çox yorsa da,həyatın iztirabları qəlbində kök salsa da,o,bunu biruzə verməməyə çalışırdı.Onu ayaqda tutan ən ümdə səbəb, doğma şəhərinə bağlılığı və insanlara olan sonsuz sevgisi idi.Bəli,yalnız insana və insanlığa olan sevgi insanı bu məqama ucalda bilərdi...


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+9=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0979 saniye