Tük ürpərdici fakt...
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 22:57 05 noyabr 2015 tarixində əlavə olunmuşdur

Avstraliyalı elm adamı Makkeni Human 20 il Quranla vuruşdu...

Bir gün quranda bir ayəyə rast gəlir və deyir:
(Nəhayət ki mən bu kitabda nöqsan tapdım!!!)
"Nəhayət, onlar (Taifdəki, yaxud Şamdakı) qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa (qarışqaların padşahı) dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb sındırmasınlar!”
حَتَّىٰ إِذَا أَتَوْا عَلَىٰ وَادِ النَّمْلِ قَالَتْ نَمْلَةٌ يَا أَيُّهَا النَّمْلُ ادْخُلُوا مَسَاكِنَكُمْ لَا يَحْطِمَنَّكُمْ سُلَيْمَانُ وَجُنُودُهُ وَهُمْ لَا يَشْعُرُونَ

(Ənnəml-18) "qarışqa surəsi"
Məsələ burasındadır ki, bu ayədə keçən "Yəhtimənnəkum" feili ərəb dilində şüşənin sındırılmasına deyilir. Yəni bu kəlmənin alternativi yoxdur və ərəblər şüşənin sınmasına "Yəhtimənnəkum" deyərlər.

Məntiqi baxımdan zahiri mənada alimin iddiası dogrudur.
Çünki "sındırmaq" və "əzmək" fərqli məna daşıyan kəlmələrdir və zahirən burda "Yəhtimənnəkum" "Sındırarlar" yerinə düşmür.

Əslində, Makkeni özü də ərəb dilini bilən şəxs oldugundan bu məsələdə iddia edir.

Və bu barədə düz 5 il neçə neçə kitablar yazır quranın əleyhinə.

Nəhayət, bir gün Almaniyada keçirilən elmi bir simpoziuma qatılır. Orada uzun-uzadı çıxışlar edir və tədbirin sonunda Alman təbiətşünas Şröder Hayngeldorf onu öz evinə qonaq aparır.
Və qonagına darıxmamağı üçün təbiət barəsində ümumdünya zooloqların ensiklopedik nəzəriyyəsini verir.

Makkeni bir qədər oxuduqdan sonra şok olur və gecənin bir aləmi başlayır otağında qışqırmağa.

Ev sahibi soruşur:

- "Sizə nə oldu?"

Makkeni:

- "Cənab burda yazılanlar doğrudur?"

Ev sahibi:

- "Əlbəttə doğrudur. Mən sizə ümumdünya zooloqların nəzərini elmi kəşflərini vermişəm, necə məgər?"

Makkeni:

-"Elə bu dəqiqə mənə bilet sifariş verin evə qayıtmalıyam, elə bu dəqiqə!!!"

Məsələ burasındadır ki, zoologiya elminə görə qarışqaların bədənlərinin üz qabığı 70% şüşə elementlərindən təşkil edilir. Yəni qarışqanın zahiri bədən qəlibi 70% şəffaf şüşədir.

Əgər siz minlərlə qarışqanı ovcunuzda sıxsanız, onların necə xırçıldayaraq ovcunuzda şüşə kimi sındığını eşidərsiniz.
Məhz bu üzdən də Hikmətli və Bənzərsiz Alim - Allah Subhanahuvatala ayədə "Lə Yəhtimənnəkum" "Sındırmaq" kəlməsini gətirir.

Makkeni 20 il ərzində yazdığı bütün elmi işlərini yandırdı və onlara rəddyə yazaraq öz səhvini etiraf elədi.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+8=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0274 saniye