Turizmdə tur izlərimiz…
Günel Fərhadqızı tərəfindən "Elmi məqalə" bolməsinə 16:30 20 noyabr 2015 tarixində əlavə olunmuşdur

 Neft-qaz ölkəsi əslində, neft və qazın ixrac və satışından gələn gəlirdən asılı olmamalıdır, çünki bu milli sərvətlər tükənən sərvətlərdir. Nə qədər ki, gəlir əldə edilir, onu qeyri-neft sektorunun inkişaf etdirilməsinə yönəltmək və sərmayə etmək lazımdır. Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün hər cür şərait vardır. Amma bu sahələrin ayrı-ayrılıqda inkişaf etməsi bəzən mümkün olmur, çünki bir-biri ilə əlaqəli sahələr olur, problemlərlə üzləşir, bir sahədəki problem digərinə də təsir edir. Qeyri-neft sektorunda sərmayə üçün ən əlverişli və gəlirli sahə milli turizm, yeyinti, tekstil, kənd təsərrüfatı, ekologiya, informasiya texnologiyası və telekommunikasiya, rabitə, tibbdir və elmi araşdırmalar və kəşflərin təcrübədə tətbiq edilməsidir (qeyri-maddi aktivlər, daşınar əmlak, hüquqlar-müəlliflik, ixtira, patent və s.). Bu gün müzakirə edəcəyim qeyri-neft sektoru turizmdir. Turizm xidmət sahəsidir, deməli kəmiyyətlə yanaşı, keyfiyyət və çoxsahəli xidmət və gələn müştəriləri razı salmaq onların əsas öhdəliyi və vəzifəsi olmalıdır. İnsan şəhər hay-küyü, stress və əsəbləşməsindən uzaqlaşmaq, insanlardan uzaqda dincəlmək üçün üz tutur rayonlardakı turizm obyektlərinə… Turizm sahəsində tur izlərimiz niyə qalmır, getsək də, yadımıza yaxşılığa həkk olunmur. Çünki turizm obyektlərində, xidmət sahəsində problemlər həddindən artıq çoxdur: Keyfiyyət və kəmiyyət baxımından turizm obyektləri arasında rəqabət yoxdur, hələ sağlam rəqabət heç yoxdur; Keyfiyyət aşağıdır, hətta çox aşağıdır, ələxsus da Bakıdan kənar regionlardakı turizm xidməti göstərən obyektlərdə; Nəqliyyat problemi var, yəni həmin obyektlərə çatma problemi, fərdi taksi vəı ya avtobus sifariş etmək lazım gəlir. Lowcost aviareys və aviaşirkətlərimiz yoxdur, xariciləri də bazara buraxmırıq, inhisarçı mövqeyimiz var; Lowcost mehmanxanalarımız, motellərimiz, fərdi istirahət obyektləri yoxdur, olsa da, çox azdır; Gigiyena-sanitariya qaydalarına əməl edilmir, gündəlik dəyişilməli olan fərdi gigiyena vasitələri tez-tez yenilənmir; Qiymətlər bahadır, göstərilən aşağı səviyyəli xidmətə uyğun deyildir; Bankomat və posterminallar yoxdur, plastik kartla ödəniş etmək imkanı yoxdur, gərək nağd pul götürəsən, pulun bitəndə də, düşəsən küçələrə bankomat axtarmağa, banklarla əməkdaşlıq edilmir bu sahədə; Reklam edilmir, reklamı gedənlər doğru olmayan məlumatlar yaymaqla, müştəriləri aldadır; Millilik yoxdur, marketinq tam öyrənilmir və müştəri kontingenti formalaşdırılmır, yəni xarici müştəri, ya daxili müştərilərin olub-olmaması araşdırılmır, nəzərə alınmır, maraqlı ekskursiyalar təşkil edilmir; İcbari tibbi, səyahət və həyat sığortası yoxdur, sığorta şirkətləri ilə əməkdaşlıq edilmir; Tibbi məntəqələr yoxdur, tibbi işçilər yoxdur ki, ən azı ilk tibbi yardımı göstərsinlər; Digər infrastrukturlarla əlaqəli olmalıdır, digər iqtisadi sahələrlə birbaşa əlaqəsi var, məsələn milli tekstil, yeyinti, gigiyena vasitələri istehsal edən və satanlar, kənd təsərrüfatı ilə məşğul olan fermerlərlə əməkdaşlıq; Həmin rayon üzrə video çarxlar, 3 d canlandırmalar, sənədli filmlər, tanışlıq filmləri, videolar yoxdur; İnfo mərkəzlər yoxdur; Xarici ölkələrdən ölkəmizə xarici turlar, turizm paketləri, turistik reyslər yoxdur; Diaspora zəifdir, ölkəmizi xaricdə reklam edə bilmirik, nə qərb kimi qərb ölkələri, nə şərq kimi şərq ölkələri, nə cənub ölkələri, nə də şimal ölkələri ölkəmiz haqda məlumatlıdır, ölkəmizin coğrafi baxımdan yerləşdiyi yeri bilməyənlər çoxdur; İxtisaslı kadrlar azdır (turizm və xidmət sahəsi üzrə); Mədəniyyət yoxdur-turizm mədəniyyəti sıfır həddindədir, nə şərq mədəniyyətini bilirik, nə qərb, şimal və ya cənub, həmin ölkələrin turistləri gələndə, bilmirik, onları necə maraqlandıraq; Ölkənin tanıdılmasına ehtiyac böyükdür; İstirahət mədəniyyəti yoxdur; Əyləncə fərqliliyi yoxdur; Yeməklərdə fərqlilik yoxdur; Turizmi inkişaf etdirmək və müştəriləri cəlb etmək üçün cəlbedici aksiya və kampaniyalar yoxdur; Turizm obyektlərinin təyinatında problemlər var, konkret deyillər, çoxsahəli olanlar da hər sahəni inkişaf etdirə bilmir (sağlamlıq, ailəvi istirahət, əyləncə və s.); Milli dəyərlər təbliğ edilmir (milli geyim, mətbəx, musiqi, irsimiz, tariximiz); Xalq təbabəti tətbiq edilmir; Elmi araşdırmalar getmir; Bayram festivalları, maraqlı tədbirlər, adətlər, yarışlar keçirilmir, keçirilsə də, az və aşağı səviyyədə keçirilir; Miqrasiya (xarici vətəndaşların turizmə görə ölkəyə miqrasiya etməsi) qanunvericiliyində dəyişiklik və prosedurların asanlaşdırılması; Bazar və supermarketlər yaxın məsafədə yerləşmir; 2, 3, 4 ulduzlu xidmətin olmaması; Turizm sahəsində peşəkar tənqidçilərin və qiymətləndiricilərin olmaması, bu tənqidçilər olarsa, qiymətləndirmə olarsa, turizm obyektləri arasında rəqabət yaranar, keyfiyyət səviyyəsi artar; Hüquqi problemlər, şirkətlərlə turizm şirkətləri arasında müqavilələr yoxdur, turizm şirkətləri korporativ müştərilərlə əməkdaşlıq etmirlər, halbuki 1 korporativ müştəri ən azı 10-50 fiziki şəxs-turistin cəlb edilməsi deməkdir, iri və orta yerli və xarici şirkətlərlə müqavilə bağlanarsa, əməkdaşlıq edilərsə, ən azı “putevkalar”ın sayı artsa, çox adamın istirahət hüququndan səmərəli istifadə etməyə imkanı olar.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+1=
Hesaba giriş
Müəllif

Günel Fərhadqızı
Haqqında
Maliyyəçi, risk, sərmayə meneceri, təlimçi, köşə yazarı, jurnalist, yazar
Əlaqə
Tel.:
0702021606
E-mail:
e.gunel@azti.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0487 saniye