Turizmin tarixi
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 01:14 26 noyabr 2015 tarixində əlavə olunmuşdur

Turizmin tarixi inkişaf mərhələsi qədim keçmişə malikdir. Və kulturoloji aspektdə öyrənilməsi vacibdir.

Qeyd etmək lazımdır ki, ədəbiyyatlarda kütləvi turizmin ilk təşkilatçısı ingilis Tomas Kuk adlı şəxs hesab olunur. O, hələ, 1841-ci ildə Lankasterdən Dolnqboruqa qədər dəmir yolu ilə 570 nəfərin kütləvi gəzintisini təşkil etmişdir. Bu hadisə ilə Tomas Kuk müasir turizmin əsasını qoymuşdur. O, həmçinin 1847-ci ildə səyahət və ekskursiyalar cəmiyyəti yaratmış, bir qrup zəngin ingilis vətəndaşlarının Aralıq dənizində səyahətini təşkil etmişdir. XIX əsrin sonunda Tомас Kuk tərəfindən yaradılmış bu cəmiyyət 53 ölkədə fəaliyyət göstərən və 324 şöbəsi olan möhtəşəm bir konsernə çevrilmişdir. Həmin konsernin 12 min əməkdaşı olmuşdur. Amerikanlar da ingilislərdən geridə qalmamış, turizm ilə məşğul olan «Amekso» adlı şirkət yaratmışlar. 1918-ci ildə bu şirkətin firmaları bütün qitələri əhatə etmişdir. 1869-cu ildə Avropada Beynəlxalq Mehmanxana işçiləri Assosiasiyası yaradılmışdır. Bu Assosiasiya 1921-ci ildə Beynəlxalq Mehmanxana İttifaqı ilə birləşdirilmişdir. Təbii ki, bu ənənə get-gedə inkişaf edərək bütün dünyaya yayılmışdır.

Turizmin ilk tarixini 3 istiqamətində öyrənmək olar. I istiqamət təhsil məqsədilə edilən səyahətlər ; görkəmli adamlarla görüşlər , tarixi mədəniyyət abidələri , qədim şəhərlər , incəsənət əsərləri ilə tanışlıqdır.

II istiqamət, keçmişin ictimai həyatı ilə bağlı olan dini mədəniyyət ocaqlarında ziyarətin təşkilidir.III istiqamət istirahət və sağlamlıq , idman mərkəzlərində səyahətin təşkil olunmasıdır.

Ayrı-ayrı ölkələrdə turizmin sosial-iqtisadi və kulturoloji əhəmiyyətini qiymətləndirərək onun uzun müddətli inkişaf proqramını işləyib hazırlamışlar. Məsələn, Fransada hələ 1960-cı illərdən turizmin inkişaf proqramı hazırlanmış, 1967-ci ildə dövlət müxtəlif iş adamlarını da bu proqramın realizə olunmasına cəlb etmişdir. Bütün çimərliklər texniki təchizatla təmin olunmuş, turistlərin istirahət və əyləncəsi üçün hər cür şərait yaradılmışdır. Kapitalizm cəmiyyəti beynəlxalq turizmin inkişafı üçün zəruri olan iqtisadi, siyasi və ictimai şəraitin formalaşmasında böyük rol oynayıb. İngiltərə burjua inqilabının qələbə çaldığı və kapitalizmin inkişaf etməyə başladığı ilk ölkələrdən biridir. Məhz bu ölkələrdə ilk turist təşkilatları yaranmış, fəaliyyətini əvvəlcə ölkə daxilində qurmuş, sonralar beynəlxalq səhnəyə çıxmışlar. 570 nəfərdən ibarət Leysterdən Lofboroya gedən ilk turist qrupunu 1841-ci ildə Tomas Kuk təşkil etmişdi. Londonda birinci Beynəlxalq sənaye sərgisi keçirildi, oraya təkcə Yorkşirdən 165 min tamaşaçı göndərilmişdi. 1856-cı ildə Tomas Kuk xaricə səyahətlər təşkil etməyə başlayır. İlk qrup Fransaya, Parisdə fəaliyyətə başlamış Beynəlxalq sərgiyə gedənlərdən təşkil edilmişdi. XIX əsrin 70-ci illərində Avropaya gələn turistlərin böyük hissəsini ingilislər təşkil edirdi. XIX əsrin 60-cı illərindən başlayaraq İngiltərə və ABŞ arasında turizm inkişaf etməyə başlayır. İngiltərədən ABŞ-a, ABŞ-dan İngiltərəyə səyahətlərin təşkilində də T. Kukun əməyi əvəzedilməz idi. 1817-ci ildə Tomas Kuk ilk dövr-aləm səyahətini həyata keçirdi. Dəmir yol və gəmiçilik şirkətləri, mehmanxana və restoran sahibləri arasında müqavilələr bağlanır, tələbat diqqətlə öyrənilir, səyahət marşrutları və yerləşdirmə proqramları tərtib olunurdu. Tomas Kukun təşəbbüsünə digər şirkətlər də qoşuldu. Böyük Britaniyanın turist sənayesinin yüksəlişi, turizmin inkişafı əhalinin sayından (58.8 mln) deyil, onun tərkibində və dincəlmək ənənələrində baş verən dəyişikliklərdən asılı idi. Britaniyalılar ikinci dünya müharibəsindən sonra fəal şəkildə səyahət etməyə başladılar. 70-80-ci illərdə iqtisadi tənəzzüllə əlaqədar səyahətlərin miqdarı əhəmiyyətli dərəcədə azaldı, yalnız 80-ci illərin ortalarında səyahətlərin ümumi miqdarı 70-ci illərin səviyyəsini xeyli üstələdi. Bu müddətdə ölkədaxili turizmlə beynəlxalq turizm arasındakı nisbət olduqca dəyişildi. 1987-ci ildə daxili bazarın tutumu öz böhran həddinə çatdı. Lakin eyni zamanda həmin dövrdə britaniyalıların dənizyanı kurortlarda keçirdiyi ənənəvi iki həftəlik məzuniyyətlərinin sayı 14 % azaldı, habelə özəl özünəxidmət sahəsində istirahətin nüfuzu artdı. Yalnız işgüzar turizm 1978-ci ilədək 17 mln-dan 1980-ci ildə 20 mln-a qədər artdı, halbuki ölkədaxili turizm sahəsi böhran keçirirdi. Kurort bölgələrində qonaq evlərinə tələbatın aşağı düşməsi mehmanxana sahiblərini biznes-turizm üçün nəzərdə tutulmuş mehmanxanaları iş günlərində ahıllar evi və s. kimi istifadəyə verməyə vadar etdi.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+29=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0254 saniye