Türküm, sən döyüşçüsən, cinayətkar yox!
Xuraman tərəfindən "Digər yazılar" bolməsinə 22:52 07 yanvar 2014 tarixində əlavə olunmuşdur

Müharibəni sevmirəm! İstəmirəm!
Çünki müharibə sadəcə insan tələfatı deyil, böyük bir "mədəniyyətin" məhvidir.
 Müharibə oldu.. Eh.. yazıq müharibə vəhşi insanların əlində oyuncağa çevrilib.
Məğlub tərəfdə çooox acı şeylər olacaq..
Kimisi insan alverinə başlayacaq, kimisi narkotik alverinə.. Məğlub tərəf ölmüş tərəf olacaq. O məğlubiyyətə dözə bilməmək, öyrəşə bilməmək də burdan gəlir. Mütləqdir ki, məğlub tərəfdə "dərəbəylik" olacaq..
 Unutma, Adəmoğlu, Həvvaqızı bu dünya bizə Tanrıdan hədiyyədir. Onu çapıb-talamayın!
 
 Və 2 amil insanı döyüşə məcbur edər:
 Sevgi və Nifrət..
Həyatın köklərində də sırf bu 2 amil olduğuna görə insanlar tipoloji olaraq qruplaşırlar.
 Mən Azərbaycan gəncliyinin döyüşünün sevgi kökləri altında qurulmasını istəyirəm. Neçə illərdir, biz soyqırımlara, vəhşiliklərə və bunun kimi çox pis hadısələrə şahid oluruq.
 Səbəb:
 1.İndi 15-16 yaşlı Azərbaycan gənci sırf "əsgər" olmaq naminə əsgərliyə getməyə "qərar verirlər"..
2. Ya da "hərbi borcunu" "layiqincə" yerinə yetirdikdən sonra hər hansı bir hərbi idarədə yüksək maaşla işləmək üçün əsgərliyə gedilir.
 Bunun kimi hələ çox səbəb var.
 İlk öncə deyim ki, TÜRK əsgəri döyüşçüdür,cinayətkar yox!
 Bizi döyüşə düşmənə nifrət yox, vətənə sevgi aparsın. Vətənə sevgi..
 Əgər bir şeyin köklərində sevgi varsa, o , böyüdükcə daha gözəl olar. Nəticəsi də gözəl olar, "kötükcəsi də"...
 Döyüşmək, ya da vətən uğrunda mübarizəyə qalxmaq "öldürmək" demək deyil, əslində, "qurtarmaqdır"..
 Mən burda bir neçə məsələyə toxunmaq istərdim.İlk olaraq ailə..
 Uşaq ailədə gördüyü hadisələr əsasında və təbii ki, öz iradəsi ilə pis və ya yaxşı formalaşır.
 Ailəsi ona vətəndən, sevgidən çərçivə daxilində də olsa danışmalıdır. Vətəni tanıdıqca düşməni də tanıyacaq. Daxili düşməni də,xarici düşməni də..
 Düşməni nifrətlə xatırlamaq o uşaqda həqiqi mənada psixlojik problem yaradar.
 Ruhi cəhətdən zəif bir kimsədirsə tez yaralanar. Daha güclü kimsədirsə yenə tez yaralanar.
 Səbəb:
1.Qorxaqlıq
2.Özündən çox razılıq.
 Bu iki amil insanı hər vəziyyətdə darda buraxar.
 Birincisi, düşməni kiçiltməmək lazımdır. Çünki arxasında hansı "qüvvələrin" dayandığını tam bilə bilməzsən.
 İkincisi, düşməni tanımaq və döyüş texnikasını mükəmməl öyrənməlidir.
 Yenə də deyirəm, burda ailələrə böyük iş düşür. Əgər divarlarında "azadlıq" yazan bir dustaqxanada yaşamaq istəyirsə vecinə almaz. Əgər "azadam" bağıran bir şüara  sahib olmq istərsə, özünü və övladını həqiqi sevgi ilə yenidən yaratsın...    
 Toxunacağım ikinci məsələ isə dövlətdir. Ki o dövlət öz gənclərinə, sadəcə "idman sahəsi" üzrə deyil, digər maraqlı və yaradıcı, eyniylə "mübariz" sahələr üzrə dəstək olar..
 İnanın mənə, bu il və bundan əvvəli illərdə şəhid olan neçə qardaşımız öz soydaşları tərəfindən həyatdan məhrum edilib.  Bu da əla regenerasiya..
 İnanın mənə, əgər TÜRK əsgərinə lazımi qaydada qida verilsə o daha əzmlə çalışar. ( statistikalr belə var)
 Ya da öz "dostları" və komandiri tərəfindən ağır "işgəncəyə" məruz qalmasa..

Hə, bir də , indi gənclik şit zarafatı, porno`nu, estetik ehtirası o qədər ön plana çəkiblər ki, kimliklərini doğulduqları məkanda itiriblər.
                    Əsgər!
                    Ayağa qalx!
                    "Özünlə vuruş"!
                    

                    Sonra vətəni qurtar! 

( "Düşməni məhv et" demədim ha, "vətəni qurtar" dedim)

 Bilirsiniz, əsgərlər ordan bəzən niyə narazı qayıdırlar?
 Çünki buradakı komfortlu həyatını soyuq səngərlərə dəyişmişdi. Burda günorta saat 2-yə kimi yatan şəxs, indi orda yuxuya həsrət qalmışdı. Yaralanmışdı.. Amma burda əlində bir cızıq olanda ağlamağa başlardı. Orda silah atəşi səsinə oyanmışdı. Burda isə bir nəfərinin səsinin çıxmağına icazə verməzdi. 
 Bu da o gənclərin "fəzilətləri"..
Baxın, bunu da yazan qadındır. Öz qardaşını, sevdiyi insanı, bəlkə də oğlunu soyuq səngərlərə göndərəcək qadın..
 Bunu sizə çatdıran qız az da olsa, ana ürəyini anlayır..
 Türküm, ana ahını alma üstünə..
 Bu yazdıqlarımı, yazacaqlarımı mənim həmfikirlərim və analar tərəfindən deyirəm sanki.. Elə qəbul edin.

Mən vətənimdə şəhid qanı istəmirəm! Ya da düşmən cəbhə də belə ana fəryadı..

 Türk əsgəri, sən döyüşçüsən unutma, cinayətkar yox!

... dəfə oxunub
Qiymət: 9/10(12 səs)
[qiymət ver ]
Şərh yaz
9+10=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0213 saniye