Tutanhamon
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 00:42 02 dekabr 2015 tarixində əlavə olunmuşdur

1922-ci ildə Amerika arxeoloqu Karter Misir fironu Tutanhamonun sərdabəsində çox zəngin dəfinə, o cümlədən, fironun ölümündən sonra hazırlanmış qızıl niqabını tapmışdılar. Bundan sonra bədbəxt hadisələr başlandı.

Növbəti ilin yazında ingilis qrafı əzab-əziyyətlə vəfat etdi. Şahidlərin dediklərinə görə, həmin anda Qahirənin hər yerində bütün elektrik lampaları 5 dəqiqəliyə sönmüşdü, uzaq İngiltərədə isə axtarışda əməyi keçən ingilis qrafının iti yanıqlı-yanıqlı ulamış və ölmüşdü. Bunun ardınca fironun sərdabəsinin ilk kəşfiyyatçılarının köməkçiləri – arxeoloqlar Əhməd Kamal və Uilyam Qudyir vəfat etmişdilər. 1924-cü ildə İngiltərə tədqiqatçıları A.Rid və H.Uayt da ölmüşdülər. Dörd ildən sonra Karterin köməkçisi A.Mak, onun ardınca isə Tutanhamonun mumiyasına ancaq ötəri nəzər salmış bir Amerika milyarderi həyatdan getmişdir. O zaman fironun “lənəti” haqqında əfsanə də yaranmışdır. Lakin Fransa həkimi K.Filipp müəyyən etmişdir ki, ölənlərin əksəriyyəti çox güclü allergiyaya tutulublarmış... Onun fikrincə bu adamlar 3.300 il əvvəl Tutanhamonun sərdabəsinə qoyulmuş meyvələrin və tərəvəzin üstünü basan kifin tozları ilə nəfəs almışdılar...

Firon “lənəti” ilə bağlı daha çox sensasiyaya səbəb ola biləcək, yuxarıda deyilənləri bütün alt-üst edəcək başqa bir fakt da vardır.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+11=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0319 saniye