Twitter-ə ilk daxil olan şəxsin fikirlərinə görə twitter elm-informasiya mərkəzi,məşhurların fanatlarına olan sözlərini bildirdiyi yeganə ünvan,ictimai fikirlərin müzakirə olunduğu bir sosial şəbəkədir.Görəsən hər kəs bu fikirdədirmi ? Gəlin,ümumi fikirləri birləşdirərək xüsusi bir mövqe seçək.
Budur, qəhrəmanımız hesab açdıqdan sonra giriş edir.İlk olaraq axtarış yerində bir neçə musiqiçini,ixtimai xadimi taparaq izləyir.Sonra görür ki,nəsə maraqsız gəlir .Başlayır bir-iki adam adı yazır,onun sözlərini oxuyur və beləliklə izlədiklərinin sayı artır.Görür ki,yaşıdları subayçılıqdan,yalnızlıqdan yazır.Bir gənc kimi bu fikirlər ona normal olaraq elə də təsir etməsə də şüuraltı onda da müxtəlif arzu,istəkləri oyadır.Çox keçmir ki, bizim bu qəhrəman "sevgi" yazılarına görə fenomenə çevrilir.İzləyicilərinin sayı çoxaldıqca onda həvəs daha da artır.Əvvəl gündə 2 saatını virtual həyatda keçirən indi 5-6 saatını sərf edir.Artıq o içindəki hisslərə görə deyil,sırf izləyicilərinin sayı artığına görə o öz fəaliyyətini davam etdirir...Və beləcə hər yeni istifadəçi bu tərzdə yazılar yazaraq özünü "yalnız gənc" kimi göstərir