Uca Allah səsimi eşidib göndər özündən mənə bir nemət
birazca seadet, sevinc.
Mən artıq dözə bilmirəm bu zülmətə göndər özündən bir işıq nura boyat
Bütün qəlblərdə işıq saçan sevinclər cuşa gəlsin ətraf parlasın ulduzlar tək,
Ey Tanrı səsimi eşidirsənsə ver sen mənə bir işarə
Günəşdən bir od yada aydan bir parça
Lazımi qədər sevinc bəxş elə bu həsrətə
Pay qalmasın zərrə qədər zülmətdən
Dözməkçün daha yaxşı olmaqçün
Unutmaqcün kədərləri, günahları
Yaşatdığımız boş sevgiləri
Və kölgədə qoyduğumuz səmimiyyəti
Güvən azlığını
Durmadan sənsiz addımlamağı, boş bir şeydə tapdığımız gülüşləri, ey tanrı dözə bilmədən sənsiz yaşamağı....