ÜÇ NÖQTƏ
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 21:57 20 yanvar 2017 tarixində əlavə olunmuşdur

Ayrı-ayrı söz idik
o zamanlar səninlə
sən bir hekayədən, 
mən də birindən
ayrılıb,
uzaqlaşıb
ağ vərəqdə məskunlaşıb,
qalmışdıq tək-tənha.

nə geriyə dönə bildik,
nə yenidən yazıldıq.
rəngimiz də solurdu,
hissə-hissə pozulduq.
yoxuydu bir kimsəmiz
aça dəftər-kitabı,
bizi ana-
yada sala...

qəfildən əsən külək
gün düşməyən otağın
açıb qapı-bacasın.
aldı bizi qoynuna
görüşdük biz o dəmdə,
düşdük sevgi oyununa.

yazılıb cümlə olduq,
sətirləri doldurduq.
and içmişdik ucalaq
yazılıb roman olaq.
hər cümlədə yaxındıq,
doğma idik bir-birə,
bir olduq, bir oxunduq...

girdi araya sözlər
kəm baxdı neçə gözlər
bir abzasda ayrıldıq
tək qaldım, tənhalaşdım,
sözlərdən uzaqlaşdım.
nida düşdü önümə,
ardınca iki nöqtə.

yeni söz, yeni fikir,
hamı nazını çəkir.
sən hələ yazılırdın-
səndən sonra üç nöqtə...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+23=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
Ələkbərov Ruslan Çərkəz oğlu.07.07.1994. AYB Mingəçevir bölməsində gənclər üzrə sədr müavini, Jurnalist, Dizayner,
Əlaqə
Tel.:
0558425352-0508945691
E-mail:
ruslanelekberli1994@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0245 saniye