Üç nöqtə...
Efsane R. Sagi tərəfindən "Digər yazılar" bolməsinə 18:55 25 yanvar 2014 tarixində əlavə olunmuşdur

 Onu sonuncu dəfə üç il bundan öncə Son Zəng günü gördüm və bir daha da görə bilmədim.Tanıdığım ilk gündən çox sevmişdim onu.Səmimiyyəti,duruşu,ciddiliyi ilə çox fərqlənirdi digərlərindən.Hər zaman o ciddi simasında bir gizli təbəssüm hakim idi və bəlkə də bu gizli təbəssümü idi onu fərqli göstərən və sevdirən...

 Bir gün gözləmədiyim anda gələn gözləmədiyim bir mesaj və ölümün insana "gözlə qaş" arasında olan yaxınlığından doğan təəccübdən mən şokdayam...On bir illik məktəb həyatımın dörd ilinin müəllimi artıq həyatda deyil.Belə tez dünyasını dəyişdirməli deyildi amma Allah sevdiyi bəndələrini yanına tez aparır deyirlər o, da bu bəndələrdən biri imiş demək ki...Çox ölüm xəbərləri eşitdim,gördüm və günlərlə təsiri altında qaldım amma onun ölümü qədər mənə təsir edən heç bir şey olmadı.Aylar keçsə də üstündən heç yadımdan çıxmır o siması,səsi,dərs izah etməsi, heç əlaqəm olmayan bir fənnə-fizikaya qarşı yaratdığı maraq sayəsində keçdiyim attestat imtahanı hələ də gözlərimin önündə canlanır və Son Zəng günü söylədiyi iki cümlə hələ də qulaqlarımda çınlayır.Sadəcə iki cümlə çünki, heç vaxt uzun danışmazdı həmişə qısa və konkret danışardı və artıq bir özəlliyi idi bu. Qısa, konkret nitqi ilə hər şeyi başa salmağı,anlatmağı bacarardı.İllərlə dərs dediyi şagirdlərindən ona qarşı bir narazıçılıq,etiraz olmadı hətta bizim sinifə o, dərs desin deyə, məktəb rəbərliyinə edilən xahişlər belə oldu.

Ciddi müəllimlər bir o qədər də sevilməz şagirdlər tərəfindən, düşmən kimi görünər gözlərinə amma o ciddiliyi ilə sevilmişdi və hər birimizə bir dost,sirdaş,rəfiqə,ana olmuşdu.Tələbə olmağımızı çox istəyirdi , mənə yazdığı ən son cümlə də məhz bu idi.Bu adı qazanmağımız onun ən böyük uğuru bizim isə əziyyətlərinə qarşılıq ona verə biləcəyimiz kiçik bir hədiyyə idi.Bəzilərimiz bu uğurunu qazandırdı ona təəssüf ki, diplomlarımızı görə bilmədi...Əslində onu anlatmaq istədiyim o qədər şey var ki, sadəcə xatirələr,göz yaşları, qəhər imkan vermir sözləri cümlə halına gətirməyə.Bu halda da, "Məkanın cənnət olsun, müəllimim!" deyib, nöqtə qoymağa məcbur olur barmaqlar. Lakin bu nöqtə heç vaxt tək nöqtə olmayacaq çünki, unudulmayacaq olan insanlarla bağlı xatirələrə, düşüncələrə heç vaxt bir nöqtə qoyulmamalıdır deyə, düşünürəm buna görə də üç nöqtə...


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
8+2=
Hesaba giriş
Müəllif

Efsane R. Sagi
Haqqında
Sadəcə yazmağa cəhd göstərmək...
Əlaqə
E-mail:
efsaneozenn@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0281 saniye