Səni gözləmək,
gecənin və gündüzün hər dəqiqəsində
səni,
hər saniyə özləmək,
dərdimin çoxluğundan xəbər verir...
***
dərdimin çoxluğu da
siqaretimin tüstüsündə dumana çevrilir,
göylərə sovrulur...
***
Səmada,
göyün ən üst qatında dərdimin hər parçası
parça-parça
buludların arasında gizlənir,
hərdən də böyüyə-böyüyə
buludlara bənzəyir...
***
Özlüyümdə hər gün çoxalan səssizliyimin gur səsi
ətrafımdakı insanların nitq ahəngi,
uzaqlardan qulağıma gəlib çatan musiqilərin ritmi,
hər şey və hər şey
sənin varlığının titrəyişinə bənzəyir...
Son