Üç rəngli bayrağım
Guluza Mustafayeva tərəfindən "İnşa" bolməsinə 18:42 16 aprel 2015 tarixində əlavə olunmuşdur

Qədimdə insanlar öz tayfalarına bayraq seçirdilər.Bayrağa həm də sancaq deyirdilər.Qədimdə Türk sancağının üzərində qurd şəkli var idi.

Azərbaycanın Dövlət bayrağı ilk dəfə 1918- ci il Noyabrın 9- da Azərbaycan Xalq Cümhuriyyəti Hökümətinin qərarı ilə qəbul edilib. Üçrəngli bayrağımız 2- ci dəfə 1990-cu il noyabrın 17-də Naxçıvan Muxtar Respublkası Ali Məclisin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sesiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək  onu Dövlət bayrağı elan edib.

2009-cu il noyabırın 17-də Prezident İlham Əliyev  Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi  haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını,

Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini,

Yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir.

Bayrağımız qürur mənbəyimizdir! Ulu öndər bayrağımız haqqında demişdir:  - "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir."

Ölkəmizdə bayrağa yüksək qiymət verilir. 2007 - ci il noyabrın 17 - də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında Prezident İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Meydanın təntənəli açılışı  2010 -cu il sentyabrın 1 - də Azərbaycan Respublikasının Prezidenti cəab İlham Əliyev tərəfindən keçirilmişdir.

Ginnes Dünya Rekordları Təşkilatı 2010 -cu il mayın 29 -u Azərbaycanın Dövlət bayrağı dirəyini ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Mən bayrağımı çox sevirəm!!! 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+31=
Hesaba giriş
Müəllif

Guluza Mustafayeva
Haqqında
Gülü xanım – Mustafayeva Gülüzə Zaur qızı 2004-cü ildə Dekabrın 11-də Bakı şəhərində anadan olub. Lap körpəlikdən yazıb-oxumaqla yanaşı musiqiyə, rəsm çəkməyə də böyük maraq göstərir. Hal-hazırda Bakı şəhər 20 nömrəli tam orta məktəb-liseyin 4-cü sinfində oxuyur. Gülü xanım dərs əlaçısı olmaqla bərabər ictimai işlərdə də xüsusi fəallıq göstərir. Demək olar ki, məktəbin bütün tədbirlərində iştirak edir və nəticə olaraq diplomlarla, fəxri fərmanlarla, xüsusi mükafatlarla mükafatlandırılır. Bütün bunlardan əlavə Gülü xanım haqqında 2012 – ci ildə Lalə Qəzənfərqızının tərtib etdiyi “ZƏKA” kitabının 4-cü cildinin 218 – ci səhifəsində geniş şəkilli məqalə verilmişdir. Gülü xanım “Oxumağa nə var ki...”, “ Duyğular”kitablarının və hələ çap olunmamış maraqlı, orijinal hekayələrin, onlarla rəsm əsərlərinin ( hansı ki, onlardan biri kitabın üz qabığı kimi istifadə olunmuşdur) müəllifidir. Gülü xanımın növbəti işi “Rənglərin dili” adlı rəsm albomu nəzərdə tutulub. Bu kitab üzərində tərtibat işləri gedir.
Əlaqə
E-mail:
guluze@bk.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.027 saniye