Sincablar daha çox Avropa qitəsindəki meşələrdə yaşayırlar. Boyları 25 sm, yəni sizin əllərinizlə iki qarışdır. Bədənlərinin arxasında, demək olar ki, öz boyları qədər uzun yuxarı doğru dayanan, geniş və gur tüklərdən ibarət olan quyruqları var. Sincab bu uzun quyruğu sayəsində tarazlığı pozulmadan ağacdan ağaca tullanır. Kiçik iti dırnaqları sayəsində ağaclara dırmaşa bilən sincab bir budağın üstündə qaça bilir, baş aşağı yellənə bilir və o şəkildə irəliləyə bilir. Xüsusilə boz sincablar bir ağacın ən ucdakı budağından 4 metr uzaqdakı başqa bir ağacın budağına belə rahatlıqla tullana bilirlər. Havada uçarkən də qollarını və qıçlarını açaraq sanki bir planer kimi hərəkət edirlər. Bu əsnada yastılaşan quyruqları isə həm tarazlıqlarını təmin edir, həm də istiqamətlərini nizamlayan bir sükan funksiyası yerinə yetirir. Hətta özlərini 9 metr yüksəklikdən boşluğa buraxıb dörd ayaq üzərində yerə yumşaq eniş edə bilirlər.
Bəs sincab bu çətin hərəkətləri necə bacarır?Bütün bunlar sincabın arxa ayaqlarını, məsafələri çox yaxşı nizamlaya bilən iti gözlərini, güclü pəncələrini və tarazlıq qurmasına yarayan quyruğunu istifadə etməsi sayəsində mümkün olur. Heç düşündünüzmü, sincaba bu xüsusiyyətləri verən kimdir? Sincab bu şəkildə yaşaması lazım olduğunu haradan bilir? Sincabların əllərinə cədvəl alıb meşədəki hər ağacın hündürlüyünü və ya ağac budaqlarını ölçmələri mümkün olmadığına görə, sincablar ağacdan ağaca tullanarkən məsafələri necə nizamlayırlar? Həmçinin, sincablar necə özlərini şikəst etmədən, ya da yaralanmadan bu qədər sürətli hərəkətlərlə tullana bilirlər?
Əlbəttə, bunları edənlər sincabların özləri deyil. Heç şübhəsiz bu sevimli heyvanları sahib olduqları bütün xüsusiyyətlərlə birlikdə yaradan və onlara bunları istifadə etməni öyrədən yaradıcımız olan Allah'dır. "... törədib-yaydığı canlılarda düşünən insanlar üçün ayələr var." (Casiyə surəsi, 4)