7 il əvvəl evdən dostumun zəngi ilə təcili çıxmışdım. Səsində yorğunluq vardı. Görəsən nə olub, düşüncəsi ilə onun mənə dediyi yerə doğru gedirdim. O,məni çay kenarında gözləyirdi. Uzaqdan onu gördükdə o yerində var-gəl edirdi. Mən onu illərdən bəri tanıyırdım. Əslində mən ,sən yox idi. Biz bir idik. Mən ona baxdıqda özümü o da mənə baxdıqda özünü görürdü. Mən ona "aynam" deyərdim, o da mənə "qardaşım" deyərdi. Həqiqətəndə bəlkə qardaşdanda yaxın idik. Bəziləri bizi nümunə göstərib baxın esl dostluq bu olsa gərək deyərdilər. Amma hər şey filmlərdəki kimi yaxşı deyildi. Təbii ki,bizimdə paxıllığımızı çəkənlər vardı. O günə qədər aynamla dalaşdığımız olmuşdu,amma küskünlük əsla. Bizim davamızda da bir-birimizə sevgi vardı. Onun kömür kimi qara gözləri hər daim parıldayardı,üzündən təbəssüm heç əksik olmazdı. Amma tam bundan 7 il əvvəl o, ilk dəfə idi ki, olduqca qəmgin idi. İlk dəfə idi ki, qara gözlər işıldamırdı, təbəssümü itmişdi sanki...
Ona yaxınlaşdıqca ürəyim yerindən çıxacaq kimi hiss edirdim. Olub bitənlərdən tamamilə ayrılmış halda aynama doğru yeriyirdim. Hər zaman salam verdiyim əlil arabasındakı dilənçini hətta görmədən yanından keçdim. Bir hədəf vardı oda can yoldaşıma doğru getmək. Çay kənarına çatdıqda birdən durdum. Alov gördüm gözlərində. O,mənə baxır mən ona heç kəs dinmir. Birdən yaxamdan yapışaraq:
-Axı niyə? -,dedi. Mən hələdə ayılmamışdım, axı bu hiddətin səbəbi nədir?
-Nə niyə? -,dedim.
-Sən məni ikinci səfər öldürdün ,qardaş -ağlayaraq sözünə davam etdi- bilirdinmi mənim Leylanı sevdiyimi?
-Bilirdim,qardaş. Axı sən bu mövzunu bitirmişdin, indi nə oldu ki, birdən mənə qarşı belə hiddətlisən?
-Nə oldu ,hə nə oldu?-başını yelləyərək- guya bilmirdin Leylanı səni sevdiyini?
-Nə? -sanki dünyam başıma yıxıldı, bir anlıq yer ayağımın altından çıxdı
o, məni buraxdı
-Bilmirdin,guya?- onun keçirdiyi hissin dərinliyi ölçmək mümkün deyildi. Qarmaqarışıqlıq içində idi.
-Yox,bilmirdim- gözlərim dolmuşdu. Ağlamağa başladım ,- inan qardaşım bilsəydim özümü ondan soyudardım. İnan dostum mən səni arxadan vurmamışam.
-Bu gün Leylamın ölümündən düz iki il keçir. Bu gün onların evinə getmişdim. Anası bir kağız gətirdi. O, ölməmişdən qabaq bir kağıza duyğularını yazıb bildiribmiş. Anası kağızı oxuduğunu mənə bildirdi.
cibindən bir kağız çıxartdı və mənə uzaldıb:
-buyur, bax
Kağız sanki hüzün kağızı idi,rəngi solmuşdu,kədərdən əzilmişdi sanki.
"Orxan, dünən məktubunu aldım. Məni sevdiyini söyləyirsən, sənin qəlbini qırmaq istəmirəm. Orxan, mənim könlüm başqa birindədir. Onu çox-çox sevirəm. Onu səndə çox sevirsən. Mən bu əzaba dözə bilmərəm,Orxan. Amma sənin bilməyin bəlkədə ən doğrusudur. Orxan, mən qardaşını,dostunu Ümidi sevirəm. Bəlkədə indi,bilmirəm nə hisslər keçirəcən,amma bunu bilki sənin mənə ,mənimdə Ümidə olan sevgim mümkünsüz olduğundan mən buralardan köçürəm. Sonsuzluq diyarına gedirəm. Sevgidən ölmək şəhidlik sayılar. İntihar etsəmdə mən,yenədə sevgim xatirinə intihar edirəm. Orxan,Ümidlə dostluğun mənim mənzilim kimi sonsuz olar inşAllah. Ümidə bunlardan bəhs etmə ,ey yaralı könül aşiqi. Bağışla səni sevə bilmədim".
-Aman Allahım!!!- deyərək başımı əllərimin arasına aldım.
-Qardaş özümü bağışlaya bilmirəm söylə kimdir qatil? Mənmi yoxsa sənmi?- yerdə dizlərini qucaqlayaraq ağlayırdı. Peşmançılıq, kədər, nifrət kimi duyğulara məhkum olmuşdu. Gözlər qəlbin aynasıdır deyərlər. O gözləri ömrümün sonunadək yaddaşımdan silə bilmərəm. Əzəldən qara gözlər indi dərd üzərinə dərdlə kömür kimi qaralmışdı. Gözlər yaşlı , qəlb yaşlı, zehin yaşlı. O da məndə sanki leysan altında qalmış kimi yaşlanmışdıq.
Onu qucaqlamaq istədiyimdə məni itələdi. Məndə onun cəkdiyi ağrını hiss edirdim,amma o,anlamırdı.
-Qardaşım,niyə belə edirsən?
-Get,xahiş edirəm get. Səni birdaha görmək istəmirəm. Çıxıb gedəcəm buralardan.
-Aynam, bunları sənmi deyirsən?
-Get,deyirəm sənə axı niyə anlamırsan? Get,rədd ol burdan, cəhənnəm ol. Sənin mənə verdiyin əzab cəhənnəm əzabındanda böyükdür. Əvvəlcə sevdicəyimi aldın əlimdən indidə qardaşımı aldın. Sənin simadan zəhləm gedir, sənə nifrət edirəm, yaraşıqlı olmağının bəlasını çəkirəm. Bircə mən yox,Leylamdan sənin ucbatından bəlkədə indi əzab içindədir- ağlayırdı. Üzünü yana çevirib- mənə birdə qardaşım demə-, dedi.
-Bu qədər asanmıdır,dostunu,qardaşını mühakimə edib cəzasını vermək? Gedərəm dostum sən istəsən qəbrədə gedərəm. Gözlərimin içinə baxıb səndən nifrət edirəm deyə bilərmisən yoxsa hələ o qədər güclü deyilsən?
Gözlərimin içinə baxar:
-Get,sənə olan duyğun yalnız nifrətdir- gözlər isə bunun tam əksini deyirdi. Dotum təkəm ,məni yalnız buraxma deyirdi.
Göz yaşlarım mənim yol yoldaşım oldu. Artıq 3 saat idiki ondan uzaqlaşırdım. Hara getdiyimi heç özümdə bilmirdim. Cib telefonuma zəng gəldi. Zəng qara gözlü qardaşdandı seviclə,bəlkə barışar duyğusu ilə telefonu götürdüm.
-Uçurumun kənarına gəl-, dedi və danışığı bitirdi.
Var gücümlə qaçaraq uçurumun kənarına çatanda gördüklərimə heyrətə gəldim. Qorxu məni bürüdü. Üzü mənə , arxası uçuruma doğru dayanmışdı. Birdən danışmağa başladı:
-Bağışla məni.sənə haqsızlıq etdim. Leylamin ölümündə günahkar mənəm. Mən o məktubu yazmasaydım bunların heç biri olmayacaqdı.
-Özünədə haqsızlıq edirsən dostum,gəl bura. Ehtiyatlı ol yıxıla bilərsən.
-Mən onsuzda yıxılmışam Ümid. Bundan da yüksəkdən. Haqqını halal eylə
-Dayan ,Orxan yalvarıram...
-Allah bizi cənnətində qonşu edər,inşAllah, səni sevdim...
-Orxaan!!!
Mən onlar qədər güclü ola bilmədim fikri məni 7 ildir narahat edirdi. İndi isə , bu hekayəni sizə yazıb gedirəm. Sonsuzluq yurduna gedirəm. Budur kəndir, buda tabletka. Cəhənnəm qorxusu 7 ildən sonra yaxamı buraxdı axır ki, indi sonsuzluq yurduna gedirəm. Bilin ki, ölüm səbəbim yaradandan ötrü yaradılanı sevmək və sevilmək oldu.
... kiçik tappıltı, birazda xırıltı və SON.