Üfüqdən Çağırış
Yasin Mzade tərəfindən "Hekayə" bolməsinə 15:19 27 avqust 2017 tarixində əlavə olunmuşdur

Dalğalar üstündə qanad çırpan qağayıların ara-sıra cingiltili səsi dənizin hüzünlü notlarına axmaqda idi. Sərin meh səliqə ilə daradığım saçlarımı bir-birinə qarışdırırdı. Dünənə qədər atdığı daşların suyun üzərində üzməsindən zövq alan bir insanla bu gün tamamilə aramızda dərin uçum qazmışdıq. Yorğunluğumun səbəbini uçurumla tamamlaya bilərdim. Mənəvi yüngüllüyü ərməğan edən dəniz nədənsə indi sıxıntılarıma sığal çəkməklə əzab çələngi hədiyyə etməkdə idi. Atdığım daşlardan yaralanmışdı bəlkə? Qisas zamanını bu günə saxlamışdı yəqin. Gücüm çatmazdı onunla savaşmağa. İsanı çarmıxa çəkənlərlə yetərincə mübarizədəydim. Vəhşiliyə bələnmiş varlıqları yaradan təbiətlə əsla bacarmazdım. Təslim olmağın zamanı idi. Oturduğum qaya parçasından yellədiyim ayaqlarıma toxunan soyuq ləpələr əvvəlki tək xəfif toxunmur, əksinə hər toxunduqca sanki ətimdən didib geri çəkilirdi.. Burun dəliklərimdən beynimə sızan ilıq hava burnumu göynədir. Göy üzünün sonsuz rəngi tutqun buludlara sarılmaqdadır. Dəniz də rəngini bozumtul çalarlara uduzur. Ətrafımda hər şey mərkəzində mən dayanmaqla hər şey təslim olmaq ərəfəsindədir. Hüzünlü melodiyaların ahəngində içimi didib tökən səbr qırıntıları bütünlüklə iradəmə hakim kəsilir. Loreni xatırlamaq istəyirəm, xatırladım da. Üfüqdən üzərimə pərçimlənən baxışlarını təsəvvür edirdim, bir də boynumda gəzişən dodaqlarını. Tam dördüncü il tamamlanırdı dənizdə intiharı. Ayaqlarıma dolaşan ləpələr bəlkə də birdən tutub özünə çəkəcəkdi məni də. Şübhə doğurmadan astaca aldadıcı jestlərlə toxunuşlar. Füsünkarlığa qarışmış qatil qoxusu bədənimi titrədirdi. Çökdüyüm yerdən bir az aralıdakı hündür zirvədən özünü aşağıda qucaq açaraq ona sahiblənmək istəyən dənizə bağışlamışdı. Gözəlliyin ilahi təsvirinə aşiq olan dəniz təbii ki, onu geri qaytarmaq istəməzdi. Bu səbəbdən illərlə onu məndən qoparmaq üçün hər ikimizi özünə gizlin bağlarla düyünləmişdi. Həqiqətin həqiqiliyinə varmaq üçün itirməklə çarpılmağın gərəkli olduğunu sezdim. İstəmədən kədərli memuarların ardıcıllığından genişlənən halqanın soncu pazlını Lorenin intiharı tamamladı. Alınan təsvirlərə tamaşa etmək təklifi surprizin solğun təbəssümünü ehtiva edirdi.Təlatümdən islanan göz qapaqlarım kipriklərimi üşüdür. Sahilə dırmanan şabalıdı qayıq çoxdan tərk edilmişdi. Yaxınlaşıb barmaqlarımı üzərində gəzdirərək ətrafında dövrə vurdum. Bir vaxtlar dəniz kənarında məkanı fırçalarla rəngləyən rəssamlar bu qayıqsız dənizi təsvir etmirdilər.Nə baş verdiyini anlamadan rəssamlar da molbertlətiyə birgə harasa yox oldular. Sonralar sahildə bir daha rəssam görmədim. Çürüməkdə olan taxta parçasını indi bozrəngli yırğalanan dənizlə üzbəüz baxışdırmaq ecazkarlığın bütövlənən tərəfi olardı. Bunu bacarmadığıma təəssüflənirdim. Ancaq Loren bu işin öhdəsindən mükəmməl şəkildə gələrdi. Təbiət təsvirlərini kətan parçaya elə hopdururdu ki, saatlarla yerində tərpənmədən rəmslə göz-gözə qala bilərdin. Bütün istedadı ayaqlarını əbədiyyətin tam ucunda üzərək sonsuzluğa basdırdı. Geridə buraxdığım bu son dörd ildə onun çəhrayı donda siluetini divarlarda yaratdım. Dünən--bu günümün keçmişində o da rəssamlar kimi anidən yox oldu. Çağırdım, çağırdım, qışqırıqlar və isterik tutmalarla göz yaşlarımda boğulurdum. Onu bir də görə bilməyəcəyimdən qorxuram. Sinəmdə közərən qəlbimin əriyib məni sıradan çıxarmasına qorxuram. Qorxularımın üzərinə getmək zamanı. Qayığı suya var gücümlə sürüdüm. Dizlərimdən yuxarıya suyun qalxdığını görüb içinə atıldım. Avarlar dayanmadan ləpələri yarmağa başladım. Artıq dərinlik üzərindən boylanırdım. Havanın qəfil qaralmasından sonra bir neçə damcının alnıma toxunduğunu hiss etdim.Ardıyca tanrının bağıraraq göz yaşlarıyla paltarımı islatmasına görə özümü ağırlaşmış hiss edirdim. Paltarlarım əvvəlki yüngüllüyünü itirirdi. Qayığın içindəki su getdikcə artmağa başlayırdı. Ortasındakı kiçik yarıqdan içəri dolan su yağışa qarışdıca köhnəlmiş qayığı ləngidirdi. Çox keçmədən nələr olacağı bəlli idi. Qorxularım sahildən baxaraq əllərini yana açmışdılar. Bir-birimizə baxıb gülümsədik. Sonuncu dəfə əllərimi yellədərək üfüqə doğru baxmağa başladım. Qağayılarla yoldaşlıq buradaca bitəcəkdi.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+17=
Hesaba giriş
Müəllif

Yasin Mzade
Əlaqə
Tel.:
994706753973
E-mail:
qafqaz1996@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0293 saniye