Uğursuzun məhəbbəti
Nicat Həşimzadə tərəfindən "Hekayə" bolməsinə 23:35 27 may 2014 tarixində əlavə olunmuşdur

 

         Bir  şeir  yazasan,  utana  ayrılıqlar, məhv ola  acılar. Kaş ki, yazasan. Amma  bacarmırsan axı. Yaşın az deyil, həyat  təcrübən də  həmçinin. Bilirsən  ki, həsrət   nəğməsi  əbədi oxunacaq, hələ çox sınacaqsan bu zalım həyatda. Çox  sevgilərin, çox  sevgililərin olacaq bundan  sonra da. Və onlardan biri həyatının  qadınına   çevrilərək ruhunu edam edəcək. O zaman hökmünün  qüd-rəti  sarsılacaq. Qadının  vədlərinə əməl  etməyəcək,  övladların səni  məsxərəyə qoyub güləcək. Dünyanın  bütün  qadınları  səndən üz  döndərəcək. Onlara sənin kimi  uğursuzu  gərək  deyil. Gündüzlər dilənib, gecələr qarət edəcəksən. Qadının şərab qoxulu dodaqlarını öpməkdən imtina edəcək. Kilsə zəngləri insanları ibadətə çağıranda sən Tanrını öz varlığında  axtaracaqsan. Hətta  Tanrının dərgahında  belə  toxunulmazlıq  qazanmayacaqsan. Həyat  yollarını  axtararaq gözləri kor olmuş rəzil insana çevriləcəksən. İlk məhəbbətinə dediyin sözlər yadına düşəcək :

 - Sən yanımda olanda ruhumun bir parçası  olursan, uzaqlarda olduğun zamansa səni xatırlamı-ram, çünki  xəyalımı tərk etmirsən.                                                                                                Kədərli  dünyanın qoca  duyğusu – sevgi də yadlaşacaq sənin üçün. Səfillərə qoşularaq xoşbəxt-lik axtarışına  çıxacaqsan. Dərvişlərlə birgə qüssə dolu nəğmələr oxuyaraq dolaşacaqsan kainatı. İspan rəqslərinin ritmik  melodiyaları varlığında  bir daha  səslənməyəcək. İnsanlar əsrlər boyu hələ də  Ata, oğul və Müqəddəs  ruh  naminə öləcək,  öldürüləcək. Varfolomey  gecəsi dəfələrlə təkrar olunacaq.

Sonra azanlar oxunacaq, ikindi iqlimlərində.                                                                                          Və sən Tanrıya doğru addımlayacaqsan. İsanı çarmıxa çəkənlərə, Məhəmmədin dişini sındıran-lara inanmadığını anlayacaqsan. Peyğəmbərə daş atanların, sənə gül atmayacağına əmin olub acı bir təbəssümlə tərk edəcəksən xəyallar aləmini.                                                                                Bir sual verəcək düşüncələrin sənə; - Sevgi nədir, qadın kimdir deyə?!                                           Ürəyin cavablandıracaq bu sualları, ruhundan intiqam alarcasına. Sevgi düşündüyün kimi deyil,  qadının  bir müəmma olmadığını, müəmmanın sənin gözlərində, düşüncələrində daha doğrusu düşüncəsizliyində olduğunu pıçıldayacaq sənə...

Bir şeir yaza bilməyəcəksən, cəbhədən ölüm xəbəri gəldiyi bir ölkədə...

 Bir ümidə sarılıb gülə bilməyəcəksən, Afrikada acından ölən uşağın ümidsizliyindən utanaraq...

 Və son

Həyatın, işgəncənin , ölümün sonu

 

Müəlliflər : Nicat Həşimzadə, Tural Sahab


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
8+32=
Hesaba giriş
Müəllif

Nicat Həşimzadə
Haqqında
gənc yazar , 
Əlaqə
Tel.:
0518589780
E-mail:
nicat_shair@box.az
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0288 saniye