Ulduz
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 18:02 18 iyul 2015 tarixində əlavə olunmuşdur

Gözlərin bənzəyir yer kürəsinə
İki planet qədər yaxınıq bir-birimizə
Gəl danışaq hisslərdən
Mən başlıyım ilk hərf və ilk səhifədən
Sənə danışım əl çatmaz ulduzdan
Sənə danışım görünməz qüvvədən
Sevgi, gülüş, kədər sadəcə təmiz hisslərdən
İnsanlar ibarətdir əl çatmaz əməllərdən
Bax uca zirvədən
Bəzi insanların vicdanını gör
Bəzilərdə tamam itmiş, bəzilərini axtaran gör...

Tut əlimdən qorxma
Səni aparacam insanlığın olduğu yerə
Qorxma səni aparacam saxta gülüşlərin olmadığı yerə
Orda var ancaq sevgi, vicdan göstərəcəm sənə təmiz hissləri
Ora nə planetdir, nə də günəş
Ayın kənarındaki ulduza bax
Bax ora aparacam səni
Bərk tut əllərimi
Gəl elə bu gün gedək
Əliboş səmaya gedək
Gedək gözü yaşlı qoyaq hər kəsi
Sən ağlama ki, ulduzlarda ağlamasın
Sən gül, qoy səmalar da gülsün...


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+18=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0322 saniye