Ulduzlar səhər yatmağa gedir
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 10:58 16 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Gecənin qaranlığını daha da tündləşdirən otaq səssizliyə bürünmüşdü. Açarın qıfıla salınıb qapının açılması ilə içəriyə ağır-ağır addımlarla bir adam daxil oldu. Divnda əyləşib açarı qarşıdakı jurnal masasına buraxdı. Arxaya söykənib gözlərini yumdu. Bir xeyli belə qaldıqdan sonra divandan aralanıb bara yaxınlaşdı. Viski şüşəsini və qədəhi götürdü. Viskini qədəhə süzərək şüşəni jurnal masasının üstünə qoydu. Qurtum-qurtum içərək otaqda gəzməyə başladı. Qədəhi tam boşaltmayıb viski şüşəsinin yanına buraxdı. Açıq eyvana çıxıb əllərini belində cəmləşdirdi.

Təzədən divanda əyləşib cibindən alışqan çıxardaraq alışdırdı. Onun qazına baxaraq dərin düşüncələrə qərq olmağa qərar verdi. Gözlərini gah qıyırdı, gah da böyüdürdü.

Servantların arasından şamı götürüb jurnal masasına qoydu. Alışqanı təkrar yandırıb şamın ucuna yaxınlaşdırdı. Otaq az da olsa aydınlaşdı. O, dizlərinə dirsəklənib şamın titrək işığından gözünü çəkmirdi. Saqqallı üzünü qaşıyıb açıq qəhvəyi saçlarını qarışdırdı. Daha sonra ayağa qalxdı.

Gecələri yatmaq ona əməlli-başlı qadağan olunmuş sanki. Hamısı da qəbul etdiyi lənətəgəlmiş dərmanlara görə idi. Ancaq səhərlər yatardı. Və sırf bunun ucbatından işdən qovulmuşdu. Qapını çırparaq evdən çıxdı. Şam isə yanmasında idi...


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+16=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0335 saniye