ULU ÖNDƏR, RƏSULZADƏ!
Elşən İsmayıl tərəfindən "Şeir" bolməsinə 18:57 03 fevral 2017 tarixində əlavə olunmuşdur

ULU ÖNDƏR, RƏSULZADƏ!

31 yanvar 1884-cü il – Cümhuriyyətimizin banisi Məhəmmədəmin Rəsulzadənin doğum günü münasibətiylə, səmimi hislərlə...

(şeir)

 

Adın ilə başlar adım,

Şanlı vətən Azərbaycan.

Sən Ulusan, əzəldən, bil,

Ulu Öndər, Rəsulzadə!

 

Doğru zaman, doğru məkan,

Sənin doğulduğun andır.

Millətimin öz bayrağı

Adın ilə dalğalandı...

 

Keçdi zaman, keçdi illər,

Neçə-neçə dövr bitdi.

Unutmadı səni ellər,

Adın ilə gəldi, getdi...

 

Bir kərə yüksələn bayraq,

Bir daha enməz, dedin.

Cümhuriyyət qurmaq üçün

Gəncliyini fəda etdin.

 

23 ay çəksə də ki,

Çox böyük bir uğurdur, bu.

Millətimə azadlığı daddırmısan,

Doğrudur bu...

 

Əsl vətən sevdalısı

O vaxt səndin, elim bilsin.

Bütöv Azərbaycanımın

Qoydun sən bünövrəsin.

 

O tay - bu tay Azərbaycan

Eşqin ilə alovlandı.

Səndən sonra, Böyük Öndər,

Vətən qalxdı, xalq oyandı.

 

Sovet gəldi, qan gölünə

Çevrildi Azərbaycanım,

Amma bildi işğaldı bu,

Oyanmışdı xalqım mənim...

 

Mühacirət həyatında

Sürdü sənin mübarizən,

Xaricdəki soydaşlarım

Xəbər tutdu vətənindən.

 

Birləşdi, təşkilatlandı,

Rəhbərliyin altında xalq.

İllərlə mübarizədən

Çəkinmədi, savaşdı xalq...

 

70 ilə sinə gərdik,

Dəfələrlə üsyan etdik.

Ölümün gözünə dik

Biz baxaraq azad olduq...

 

88, 90, belə

Zaman keçdi dərin-dərin.

Böyük çətinliklər ilə

Müstəqillik qazandıq biz...

 

İndi sənin al bayrağın

Başım üstə dalğalanır.

Cümhuriyyət bünövrəsin

Sən qoymusan, hamı bilir.

 

Kimlər isə danır bunu,

Onlar xain, müftəxordur.

Azərbaycan adı ilə

Sənin adın yanaşıdır...

 

Odlar yurdu, məmləkətim,

Sənin eşqin, zəhmətindir.

Bu dünyaya Türk adın

Sən tanıtdın, bu dəqiqdir...

 

Demokratik qanunları

Gətirmisən Şərqə sən ilk.

Qadınların seçki səsin

Yaratmısan dünyada ilk...

 

Sən elə bir qüvvəsən ki,

Əsrlərə yetər adın.

Təhsilimi, səhiyyəmi,

Ordumu ilk sən yaratdın...

 

İndi rahat-rahat gəzib

Nəfəs alıramsa yurdda

Yalnız sənin zəhmətindir,

Dövlətim var Uca adda...

 

Ulu Öndər Rəsulzadə,

Turan elin Başbuğusan.

Yüzlərlə qəhrəmanımın

Peyğəmbəri, Allahısan...

 

Səndə Alp Ər Tonqa gücü,

Şah İsmayıl qeyrəti var.

Səndə Teymur ədaləti,

Çingiz Xanın heyrəti var.

 

Sənsən Oğuz Xanım mənim,

Sənsən Səlcuq, Alparslanım,

Sənsən Uca Sultan Baybars,

Sənsən Uca Şah Həsənim...

 

Saymaq ilə qurtarmazdır

Qeyrətli oğulları vətənin,

Əminəm ki köksü rahat,

Çünki sən tək oğlu vardır...

 

Azərbaycan, Azərbaycan,

Adın ilə yaşayıram.

Ulu Öndər Rəsulzadə

Fəxrlə irs daşıyıram...

 

ELŞƏN İSMAYIL

Ssenarist və yazar

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+33=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
Tel.:
055 626 96 64
E-mail:
ismayilelshan@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0278 saniye