Yazdığı çoxsaylı hekayələri ilə öz oxucu auditoriyasını formalaşdırmağı bacaran Ülviyyə Tahirin sizə təqdim olunan “Buqələmun” romanı bir qadının müxtəlif həyat mərhələlərinin keçidini və bu zaman ərzində başına gələn amansız, gözlənilməz hadisələri əks etdirən bir əsərdir. Romanda cəmiyyətin aynası olan bir ailə ocağının köz halına qədər gəlməsindən və monoton həyat sürən bir insanın ruhunda baş vermiş dəyişikliklərdən söhbət açılır. Romanda ailədaxili münasibətlərinin ən incə detalları, körpələrin həssas ürəklərinin necə kədərə bürünməsi, insanın daxili dünyasının təbiətlə əlaqəsindən yaranan inqilab usta bir qələmlə təsvir olunmuşdur.
Maraqlı üslubu ilə seçilən əsərdə insana təsir edən yalnız hadisələrin gedişatı yox, həm də böyük sarsıntı keçirən bir ailənin ehtiyac duya biləcəyi önəmli psixoloji məsələlərin də yer almasıdır.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
“Buqələmun” romanını onlayn şəkildə sifariş etmək mümkündür. Kitab bütün Azərbaycana üzrə pulsuz çatdırılır: www.parlaqimzalar.az